Füzulidə yol qəzasında həlak olan polis Şüvəlanda dəfn olunub

Füzuli rayonunda yol qəzasında həlak olan polis əməkdaşı Məmmədov Rasim Oqtay oğlunun nəşi Bakıda yaşadığı ünvana gətirilib.
1news.az APA-ya istinadla xəbər verir ki, onunla Xətai rayonu, Cavanşir küçəsində yerləşən evində vida mərasimi keçirilir.
Məmmədov Rasim Oqtay oğlu 1987-ci ildə Bakıda anadan olub, 2 övladı var.
Qeyd edək ki, Füzuli rayonunda baş verən yol qəzasında 3 polis əməkdaşı həlak olub.







223