Qarabağda minalar zərərsizləşdirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarabağda minalar zərərsizləşdirilir

Qafar Ağayev19:16 - 21 / 09 / 2023
Qarabağda minalar zərərsizləşdirilir

Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən ərazinin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə fəaliyyətlər icra edilir.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin birləşmələri Kəlbəcər rayonunun Çərəktar kəndinin cənubunda Vətən müharibəsindən sonra müdafiə xətti quraraq bu istiqamətdə xeyli sayda mina basdırıb.

Sentyabrın 21-də qeyd olunan istiqamətdə Ermənistanda istehsal edilmiş xeyli sayda piyada və tank əleyhinə mina təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri ərazilərimizin minalardan təmizlənməsi üzrə fəaliyyətlərini davam etdirir.

Paylaş:
380

Son xəbərlər

Bütün xəbərlər