Rusiya sülhməramlılarının həlak olduğu insidentlə bağlı Baş Prokurorluq istintaq aparır | 1news.az | Xəbərlər
Cəmiyyət

Rusiya sülhməramlılarının həlak olduğu insidentlə bağlı Baş Prokurorluq istintaq aparır

Qafar Ağayev20:43 - 21 / 09 / 2023
Rusiya sülhməramlılarının həlak olduğu insidentlə bağlı Baş Prokurorluq istintaq aparır

Rusiya sülhməramlılarının həlak olduğu insidentlə bağlı Baş Prokurorluq istintaq aparır.

Bu barədə 1news.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumatda deyilir ki, sentyabrın 20-də Azərbaycan Respublikasının Tərtər rayonunun Canyataq kəndi ərazisində lokal xarakterli anti-terror tədbirlərində iştirak edən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu tərəfindən mürəkkəb relyef və dumanlı-yağışlı hava şəraiti səbəbindən qanunsuz erməni silahlı birləşmələrinə məxsus olduğu zənn edilərək Rusiya Federasiyasının Sülhməramlı Kontingentinin (RSK) həmin əraziyə dislokasiya olunmuş hərbi qulluqçularının olduğu avtomobil odlu silahlarla atəşə tutulub. Hadisə nəticəsində RSK-nın 5 nəfər hərbi qulluqçusu həlak olub.

Bundan başqa, həmin gün qeyd olunan yaşayış məntəqəsinin ərazisində RSK-ya məxsus Kamaz markalı avtomobil qanunsuz erməni silahlı birləşmələrinin naməlum üzvləri tərəfindən odlu silahlarla atəşə tutulub. Hadisə nəticəsində RSK-nın 1 əsgəri ölüb, 1 nəfər hərbi qulluqçu isə yaralanıb.

Hər iki faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.

Bu gün Azərbaycan və Rusiyanın baş prokurorları telefonla danışıblar. Hadisə ilə bağlı Rusiya tərəfinə dərin hüznlə başsağlığı verilib. Tərəflər baş vermiş cinayət hadisəsi ilə bağlı hərtərəfli və sıx təmasda olmaqla araşdırmanın aparılacağı barədə razılığa gəliblər. Hazırda cinayət işi üzrə prokurorluq orqanları tərəfindən istintaq və əməliyyat tədbirləri həyata keçirilir.

Paylaş:
151

Son xəbərlər

Kəlbəcərdə saxlanılan erməni diversantın məhkəməsi keçirilirBu gün, 10:39Bakıda avtomobildən 16 min manat və 2 min dollar pul oğurlanıbBu gün, 10:36Zəlzələdən sonra yol infrastrukturuna baxış keçirilir - AAYDA məlumat yaydıBu gün, 10:24DYP hava şəraiti ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:17İran HDQ nümayəndə heyəti hərbi institutu və “N” hərbi hissəsini ziyarət edib - FOTOBu gün, 10:17Mənzilləri qısa müddətdə satılan “Avant Park”ın 2-ci mərhələsi “Avant Vista” tikilir - 8 YENİ BİNABu gün, 10:07BŞTİ məlumat yaydı: “Hazırda Bakı məktəblərində tədris prosesi davam edir”Bu gün, 09:51DİM dekabrın 10-da doktorantlar üçün imtahan keçirəcəkBu gün, 09:50“Zəlzələ ilə bağlı təcili tibbi yardıma heç bir müraciət daxil olmayıb”Bu gün, 09:46Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 09:36Polis gücləndirilmiş iş rejiminə keçdiBu gün, 09:27Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:24Bakı şəhər Dövlət Yol Polisi İdarəsi zəlzələ ilə bağlı sürücülərə müraciət etdiBu gün, 09:21Azərbaycan neftinin qiyməti 79 dollara düşübBu gün, 09:19İlham Əliyev Ermənistana xəbərdalıq edibBu gün, 09:14Azərbaycanda 5,6 maqnitudada zəlzələ olub - YENİLƏNİBBu gün, 09:06FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə məlumat daxil olmayıbBu gün, 09:04Zəlzələ Bakı metropoliteninin fəaliyyətinə təsir göstərməyibBu gün, 09:02Zəlzələdən sonra dəmiryol xətlərində qatarların sürəti aşağı endirilibBu gün, 08:49Azərbaycanlı deputat AŞPA–nın uşaqlar üzrə baş məruzəçisi seçilib06 / 12 / 2023, 17:51
Bütün xəbərlər

Next TV