“Azərxalça” ilə “AZCHEMCO” əməkdaşlığa başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərxalça” ilə “AZCHEMCO” əməkdaşlığa başlayıb

Qafar Ağayev10:41 - 22 / 09 / 2023
“Azərxalça” ilə “AZCHEMCO” əməkdaşlığa başlayıb

“Azərxalça” və “AZCHEMCO” şirkətləri milli mədəni dəyərin – xalçaların ölkə hüdudlarından kənarda təbliği sahəsində əməkdaşlığa başlayıblar.

1news.az xəbər verir ki, tərəfdaşlıq çərçivəsində "Azərxalça" şirkəti “AZCHEMCO” şirkətinin loqosu olan məhdud sayda xalçalar istehsal edəcək. Gələcəkdə şirkət bu xalçaları öz tərəfdaşlarına, o cümlədən çoxlu sayda iri beynəlxalq şirkət və assosiasiyalara təqdim etməyi planlaşdırır.

5 may 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılan “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin əsas məqsədləri xalça istehsalı və ixracı zamanı Azərbaycanın mədəni irsinin qorunub saxlanılması və inkişafıdır. Sənətkarlığa olan bu sadiqlik xalçaçılığın yaradıcılıq prosesinə hörməti simvolizə edən və əl ilə toxunulmuş xalçaların əzəmətində, ruhlandırıcı poeziyasında və kulinariyamızın misilsiz şah əsərlərində təzahür edən “Əllərinizə sağlıq” ifadəsi ilə səsləşir.

“AZCHEMCO” MMC ölkədə qida təhlükəsizliyi sahəsində norma və standartların beynəlxalq tələblərə əsaslanaraq dəstəklənməsi, təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təminatının yaxşılaşdırılması, qida təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsi, ərzaq məhsullarının rəqabət qabiliyyətinin və ixrac potensialının artırılması, ölkədə gübrələrin və bitki mühafizə vasitələrinin istehsalı, eləcə də onlardan düzgün istifadə ilə bağlı maarifləndirmə işlərinin aparılması sahəsində layihələr həyata keçirir.

Şirkətlərin bu təşəbbüsü milli sərvət olan Azərbaycan xalçalarının populyarlaşdırılması məqsədi daşıyır.

Paylaş:
270

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər