Naxçıvana gedən avtobus reyslərinin sayı artırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Naxçıvana gedən avtobus reyslərinin sayı artırılıb

12:04 - 22 / 09 / 2023
Naxçıvana gedən avtobus reyslərinin sayı artırılıb

“Bakı-Naxçıvan-Bakı” müntəzəm avtobus marşrutu üzrə hazırda Azərbaycan və İran daşıyıcıları tərəfindən gündə 3 reys həyata keçirilir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) 1news.az-a verilən məlumata görə, Reyslərin sayının artırılaraq gündəlik hər iki tərəfdən 6-ya çatdırılması ilə bağlı Azərbaycan-İran Birgə Komissiyasının Bakıda keçirilən növbəti iclasında razılıq əldə edilib.

İkitərəfli görüşdə, həmçinin Azərbaycanla İran arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, statistik məlumatların mübadiləsi, yük daşımaları, “İcazə” blanklarının kontingenti, avtodaşıyıcıların qarşılaşdıqları problemlər, onların həlli yolları müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.

Komissiyanın iclasında hər iki ölkənin nəqliyyat vasitələrinə tətbiq olunan vergi və rüsumların miqdarı, daşımaların inkişaf perspektivləri də nəzərdən keçirilib.

Paylaş:
273

Son xəbərlər

Bütün xəbərlər