Milli Müdafiə Universitetində Polşa nümayəndə heyəti ilə görüş keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli Müdafiə Universitetində Polşa nümayəndə heyəti ilə görüş keçirilib

16:16 - 23 / 09 / 2023
Milli Müdafiə Universitetində Polşa nümayəndə heyəti ilə görüş keçirilib

Polşa Respublikasının Hərbi Texnologiyalar Universiteti və Müharibə Tədqiqatları Universitetinin nümayəndə heyəti ölkəmizə səfər edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildirilib ki, ikitərəfli əməkdaşlıq planına əsasən, Milli Müdafiə Universitetində Polşa nümayəndə heyəti ilə keçirilən görüşdə qonaqlara Azərbaycanda hərbi təhsil sistemi haqqında geniş brifinq təqdim olunub.

Görüşdə ölkələrimiz arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyi qeyd olunub, hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

Paylaş:
408

Son xəbərlər

Abşeronda sex yanır

Bu gün, 13:36
Bütün xəbərlər