Məşhur pianoçu Elisso Bolkvadze Heydər Əliyev Mərkəzində çıxış edib - FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

Məşhur pianoçu Elisso Bolkvadze Heydər Əliyev Mərkəzində çıxış edib - FOTO

Qafar Ağayev09:49 - 25 / 09 / 2023
Məşhur pianoçu Elisso Bolkvadze Heydər Əliyev Mərkəzində çıxış edib - FOTO

Heydər Əliyev Mərkəzində məşhur gürcüstanlı pianoçu, UNESCO-nun sülh uğrunda artisti, Batumi Musiqi Festivalının təsisçisi Elisso Bolkvadzenin iştirakı ilə musiqi proqramı təqdim edilib.

1news.az xəbər verir ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutan tədbir Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.

Bu il Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinin təntənə ilə qeyd edildiyini bildirən Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze deyib ki, Ulu Öndərin müasir Azərbaycanın güclənməsində çox böyük rolu olub. Diqqətə çatdırıb ki, Ümummilli Liderin Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafında, uğurunda müstəsna xidmətləri var.

Diplomat tədbirin təşkilinə görə minnətdarlığını bildirib, Azərbaycanla Gürcüstan arasında münasibətlərin bundan sonra da inkişaf etməsini arzulayıb.

Tədbirdə çıxış edən gürcüstanlı pianoçu, UNESCO-nun sülh uğrunda artisti, Gürcüstan parlamentinin mədəniyyət komitəsinin sədri Elisso Bolkvadze Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlərdə iştirak etməkdən məmnunluğunu ifadə edib.

Gürcüstanlı pianoçu iki ölkənin parlamentləri arasında mədəniyyət sahəsində memorandumun imzalanması ilə Azərbaycan-Gürcüstan münasibətlərinin yeni mərhələyə yüksələcəyinə ümidvar olduğunu bildirib.

Heydər Əliyev Mərkəzindəki gecədə Azərbaycan və xarici ölkə klassiklərinin əsərləri səslənib.

Qeyd edək ki, Tbilisidə anadan olan Elisso Bolkvadze çox erkən yaşlarından fortepianoda ifa etməyə başlayıb. Orkestr ilə ilk konsertini isə 7 yaşında olarkən verib. Tbilisi Konservatoryasında təhsil alan, sonradan pianoçu kimi peşəkar fəaliyyətini Fransa və Avstriyada davam etdirən Elisso Bolkvadze Avropa və ABŞ-ın ən möhtəşəm konsert salonlarında dünyanın məşhur orkestrlərinin müşayiəti ilə çıxış edib.

Paylaş:
397

Son xəbərlər

Ceyhun Bayramovun ATƏT-in fəaliyyətdə olan sədri ilə geniş tərkibdə görüşü başlayıbBu gün, 12:06DİN: Kiber talamaya məruz qalma riskləri artır, hər kəs diqqətli olmalıdırBu gün, 12:00Kapital Bank-ın dəstəyi ilə “My Technology” layihəsinə start verildiBu gün, 11:57Azərbaycanın XİN başçısının ATƏT-in fəaliyyətdə olan sədri ilə təkbətək görüşü başlayıb - YENİLƏNİBBu gün, 11:43Nyu-York birjasında təbii qaz cüzi bahalaşıbBu gün, 11:23Prezident Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavinini qəbul edibBu gün, 11:07Prezident ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edib - YENİLƏNİBBu gün, 11:01Qızıl və gümüş bahalaşıbBu gün, 10:58Yaşa görə əmək pensiyası təyin edilənlərin sayı açıqlanıbBu gün, 10:52Məşhur türk aktrisa vəfat etdiBu gün, 10:49Tovuzda maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıbBu gün, 10:32Həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi genişləndirilibBu gün, 10:14Azərbaycan XİN İsraili təbrik edibBu gün, 10:06“Qadın Sahibkarların Milli İnkişaf Strategiyasının Hazırlanması: Heydər Əliyevin Gender Siyasətinin Davamı Kimi” adlı Forum keçirilibBu gün, 10:01Azərbaycanın 10 boksçusu beynəlxalq turnirə qələbə ilə başlayıbBu gün, 09:50Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVABu gün, 09:45Yevlaxda narkotik vasitə qəbul edib, avtomobil idarə edən sürücü həbs olunubBu gün, 09:39Sabahdan müəllimlərin işə qəbulu müsabiqəsi üzrə sənəd qəbuluna başlanılırBu gün, 09:37Azərbaycan və Ukrayna XİN başçıları arasında telefon danışığı olubBu gün, 09:28Bakının iki rayonunun qaz təchizatında fasilə yaranacaqBu gün, 09:27
Bütün xəbərlər