Qarabağ bölgəsindəki mərmər zavodunda xeyli silah-sursat aşkarlanıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarabağ bölgəsindəki mərmər zavodunda xeyli silah-sursat aşkarlanıb - VİDEO

10:57 - 25 / 09 / 2023
Qarabağ bölgəsindəki mərmər zavodunda xeyli silah-sursat aşkarlanıb - VİDEO

Qarabağ bölgəsində yerləşən mərmər zavodunun zirzəmisində gizlədilmiş xeyli sayda silah-sursat aşkar edilib.

1news.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
Məlumata görə, qanunsuz fəaliyyət göstərmiş bu mülki təyinatlı obyekt uzun müddət hərbi məqsədlər üçün istifadə olunub.

"Burada müxtəlif çaplı atıcı silahlar, qumbaraatanlar, süngü bıçaqları, "Faqot" tank əleyhinə raket kompleksinin idarə olunan raketləri və digər döyüş vasitələri aşkar edilərək götürülüb", məlumatda deyilir.

Paylaş:
249

Son xəbərlər

Bütün xəbərlər