TDT-nin Kənd Təsərrüfatı Nazirlərinin II Toplantısının Yekun Bəyannaməsi qəbul olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

TDT-nin Kənd Təsərrüfatı Nazirlərinin II Toplantısının Yekun Bəyannaməsi qəbul olunub

16:51 - 26 / 09 / 2023
TDT-nin Kənd Təsərrüfatı Nazirlərinin II Toplantısının Yekun Bəyannaməsi qəbul olunub

Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Kənd Təsərrüfatı Nazirlərinin II Toplantısı keçirilib.

1news.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və TDT Baş katbi Kubanıçbek Ömüralıyevin sədrlik etdiyi toplantıya quruma üzv olan və müşahidəçi qismində dəvət edilən ölkələrin kənd təsərrüfatı nazirləri və nazir müavinləri qatılıblar.

Tədbirdə çıxış edən Məcnun Məmmədov bildirib ki, 2009-cu il Naxçıvan Zirvə görüşündən başlayaraq Türk Dövlətləri Təşkilatı uzun bir inkişaf yolu keçib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin TDT ölkələri ilə bütün sahələrdə əlaqələrin möhkəmləndirilməsinin Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri elan etdiyini deyən Nazir qeyd edib ki, bu gün TDT 160 milyona yaxın insanın yaşadığı böyük bir coğrafiyanı əhatə edən qlobal miqyasda tanınan güclü təşkilata çevrilib.

Bildirilib ki, TDT qlobal kənd təsərrüfatı torpaq ehtiyatlarında 6,1%, o cümlədən əkin sahələrində 3,9%, kənd təsərrüfatı məhsullarının qlobal istehsalında 2,2%, kənd təsərrüfatı və emal məhsullarının ixrasında 2% paya malikdir. Toplantı iştirakçıları qeyd ediblər ki, dünya ölkələrinin iqlim dəyişikliyi, su və torpaq ehtiyatlarının azalması, yüksək səviyyəli urbanizasiya və digər problemlərlə üzləşdiyi bir vaxtda türk dövlətləri də bu çağırışlara hazır olmalı, yeni texnologiya və həllərin tətbiqi istiqamətində təcrübə mübadiləsi aparmaqla məhsuldarlığı artırmağa və dayanıqlı inkiafa nail olmalıdır.

Nazirlər Toplantısında iştirakçı dövlətlər arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması, qarşılıqlı maraq doğuran layihələri reallaşdırmaq imkanları müzakirə olunub. Toplantıda çıxış edən natiqlər türk dövlətlərinin kənd təsərrüfatının bütün istiqamətləri üzrə geniş əməkdaşlıq potensialının olduğunu bildiriblər.

Toplantıda Azərbaycan tərəfinin türk dövlətlərinin vahid rəqəmsal aqro-data platformasının yaradılması, TDT brendi altında birgə kənd təsərrüfatı və qida məhsullarının istehsalı ilə bağlı təklifləri təşkilata üzv ölkələrə təqdim edilib və bu istiqamətdə işlərin aparılması ilə bağlı razılıq əldə olunub. Azərbaycan tərəfinin TDT ölkələrində şəhərlərin birinin kənd təsərrüfatı paytaxtının müəyyən edilməsi ilə bağlı təklifi də müsbət qarılanıb. Öncədən müəyyən edilən meyarlar əsasında TDT kənd təsərrüfatı nazirlərinin növbəti toplantısına qədər Azərbaycanın Quba rayonu kənd təsərrüfatı paytaxtı elan edilib. TDT kənd təsərrüfatı nazirlərinin növbəti toplantısının Qazaxıstanda keçirilməsi barədə razılıq əldə olunub.

Tədbirin sonunda Türk Dövlətləri Təşkilatının Kənd Təsərrüfatı Nazirlərinin II Toplantısının Yekun Bəyannaməsi qəbul olunub. Sənəddə kənd təsərrüfatı və qida məhsulları üzrə ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayələrin təşviqi, aqrar sahədə müasir texnologiyaların transferi, ən yaxşı təcrübələrin qarşılıqlı mübadiləsi, torpaq və su resurslarının səmərəli idarə olunması, kənd təsərrüfatı sığorta sisteminin təşviq edilməsi və digər sahələr TDT-yə üzv dövlətlər arasında gələcək əməkdaşlığın əsas istiqamətləri kimi müəyyən edilib.

Paylaş:
153

Son xəbərlər

“IDDA Awards” innovasiya müsabiqəsinin qalibləri elan olunub

01 / 12 / 2023, 19:41
Gürcüstan Müsəlmanları İdarəsinə yeni şeyx seçilib01 / 12 / 2023, 16:53İcma: “Avropa İttifaqının Ermənistandan deportasiya edilmiş azərbaycanlıların qayıdışı hüququna toxunmaması tamamilə qəbuledilməzdir”01 / 12 / 2023, 16:16Ceyhun Bayramov Monteneqronun xarici işlər naziri ilə görüşüb01 / 12 / 2023, 16:061800-dən çox şəxs qrip əleyhinə peyvənd olunub01 / 12 / 2023, 15:52Bakıda yeni içməli və tullantı su şəbəkələri yaradılır01 / 12 / 2023, 15:28Əlliyə yaxın şəxsi işə düzəltmək adı ilə aldadaraq pulunu mənimsəyən şəxs saxlanılıb01 / 12 / 2023, 15:06Kapital Bank-dan Yeni ilə özəl nağd kredit kampaniyası01 / 12 / 2023, 14:38Londonda ABB-yə “İlin Bankı” mükafatı təqdim olundu01 / 12 / 2023, 14:30İRİA “Digital Azerbaijan” brendini təqdim edib01 / 12 / 2023, 14:27Azərbaycanda 137 minə yaxın IP ünvanı zərərli proqramlarla yoluxub01 / 12 / 2023, 14:12Bakıda ödəmə terminallarından oğurluq edən şəxs saxlanılıb01 / 12 / 2023, 14:07QHT sədri: “Bu addımlar Azərbaycanda yaşıl enerji sektorunun yüksəlişinə səbəb olacaq”01 / 12 / 2023, 13:55Qadın şahmatçılar arasında Azərbaycan çempionatının qalibi bəlli olub01 / 12 / 2023, 13:46“PAŞA Holding”in təşkil etdiyi “InMerge İnnovasiyalar Sammiti”nin ilk gününün xülasəsi - FOTO01 / 12 / 2023, 13:33Azərbaycan Prezidenti Dünya İqlim Fəaliyyəti Sammitində iştirak edib - VİDEO - YENİLƏNİB 101 / 12 / 2023, 13:19DYP avtomobillərin şüşələrinə yazı yazan şəxslərlə bağlı xəbərdarlıq edib01 / 12 / 2023, 13:12İRİA KOB-ların rəqəmsallaşması layihəsi üzrə işlərə start verib01 / 12 / 2023, 13:03AAYDA: “Sarayda Mikayıl Müşfiq küçəsinin əsaslı təmiri yekunlaşmaq üzrədir” - FOTO - VİDEO01 / 12 / 2023, 12:50DİN bu il vətəndaşların könüllü təhvil verdiyi silahların sayı açıqladı01 / 12 / 2023, 12:44
Bütün xəbərlər

Next TV