Səkidə maşın sürən şəxs cərimələnib | 1news.az | Xəbərlər
Cəmiyyət

Səkidə maşın sürən şəxs cərimələnib

Qafar Ağayev17:45 - 26 / 09 / 2023
Səkidə maşın sürən şəxs cərimələnib

Bakıda piyadalar üçün nəzərdə tutulan yolda hərəkət edən sürücü cərimələnib.

1news.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, hadisə Bakının Nəsimi rayonunda, Zərifə Əliyeva küçəsində baş verib.

Bakı şəhər Dövlət Yol Polis İdarəsindən APA-ya verilən məlumata görə, 90-ZB-616 dövlət nömrə nişanlı, BMW markalı avtomaşının sürücüsü barəsində piyadaların hərəkəti üçün nəzərdə tutulan yolla hərəkət etdiyinə görə, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə tətbiq edilib.

Paylaş:
383

Son xəbərlər

Bütün xəbərlər