Sabirabadda orta məktəbdə qidadan kütləvi zəhərlənmə olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabirabadda orta məktəbdə qidadan kütləvi zəhərlənmə olub

11:14 - 26 / 09 / 2023
Sabirabadda orta məktəbdə qidadan kütləvi zəhərlənmə olub

Sabirabadda məktəbdə 12 nəfər qidadan zəhərlənib.

Bu barədə 1news.az-a Sabirabad Rayon Prokurorluğundan məlumat verilib.

Sentyabrın 25-də Sabirabad rayonu Axtaçı Muğan kənd orta məktəbində 11 nəfər şagird və 1 nəfər müəllim olmaqla, cəmi 12 nəfər şəxsin qida zəhərlənməsi diaqnozu ilə rayon mərkəzi xəstəxanasına müraciət etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı həmin şəxslərin məktəbdə şagirdlərdən birinin ad günü mərasimində qəbul etdikləri qidalardan zəhərlənmələri müəyyən edilib.

Hazırda vəziyyəti qənaətbəxş olan 12 nəfər şəxs tibbi yardım göstərildikdən sonra xəstəxanadan evə buraxılıb.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.

Paylaş:
337

Son xəbərlər

Bütün xəbərlər