Səhra hospitalı qurmaq üçün FHN-in 53 avtomobili Ağdamdan Xocalıya yola düşüb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Səhra hospitalı qurmaq üçün FHN-in 53 avtomobili Ağdamdan Xocalıya yola düşüb - FOTO

14:51 - 27 / 09 / 2023
Səhra hospitalı qurmaq üçün FHN-in 53 avtomobili Ağdamdan Xocalıya yola düşüb - FOTO

Azərbaycanın Xocalı şəhəri yaxınlığında səhra hospitalının qurulması üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) 53 avtomobili və heyəti Xocalıya yola düşüb.

1news.az APA-ya istinadla xəbər verir ki, FHN avtomobilləri və şəxsi heyəti zəruri avadanlıqlarla Ağdam yolu ilə Xocalıya doğru hərəkət edib.

Qeyd edək ki, bir qədər əvvəl Azərbaycanın Xankəndi şəhərinin yaxınlığında sentyabrın 25-də yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın hadisəsi ilə əlaqədar ərazidə axtarış-xilasetmə və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə FHN-in 10 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi 50 nəfərdən ibarət heyətlə Xankəndi şəhərinə yola düşüb.

Paylaş:
304

Son xəbərlər

Bütün xəbərlər