Dövlət Komitəsində azərbaycanlı əhalinin Xankəndiyə qayıdışının təşkili müzakirə olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Komitəsində azərbaycanlı əhalinin Xankəndiyə qayıdışının təşkili müzakirə olunub

15:59 - 27 / 09 / 2023
Dövlət Komitəsində azərbaycanlı əhalinin Xankəndiyə qayıdışının təşkili müzakirə olunub

Sentyabrın 26-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev otuz iki əvvəl Xankəndi şəhərindən məcburi köçkün düşmüş azərbaycanlıların bir qrupu ilə görüşüb.

Komitədən 1news.az-a bildirilib ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli hərbi-siyasi və diplomatik səyləri nəticəsində üç il əvvəl 44 günlük Vətən müharibəsində Qarabağ və Şərqi Zəngəzur torpaqlarının Ermənistanın işğalından azad edildiyi, həmin ərazilərdə qalan erməni birləşmələrinin və qondorma qurumun isə bu il sentyabrın 19-20-də az müddətdə icra edilən antiterror tədbirləri sayəsində tamamilə ləğv olunduğu böyük razılıq və qürur hiss ilə xatırladılıb. Hazırda bölgədə Ermənistan silahlı qüvvələrinə və terrorçu dəstələrə məxsus silahların müsadirəsi prosesi aparılır, Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyən ermənilərin könüllü və təhlükəsiz şəkildə ölkəmizdən çıxmasına şərait yaradılır.

Yeni yaranmış situasiyada tezliklə Böyük Qayıdışın Xankəndinin məcburi köçkün olan azərbaycanlı əhalisini də əhatə edəcəyi diqqətə çatdırılıb. Qeyd olunub ki, məcburi köçkünlüklə üzləşən bütün həmvətənlərimiz kimi xankəndililər də daim dövlətimizin himayəsində olublar. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttə uyğun olaraq Prezident İlham Əliyev bu kateqoriyadan olan vətəndaşlarımıza daim böyük diqqət və qayğı göstərib. Məcburi köçkünlər Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həssas münasibətini hər zaman hiss edib, onun dəstək və köməyindən bəhrələniblər. Bu gün işğaldan azad edilmiş ərazilərin dirçəlişi, bərpası və yenidən qurulması, Böyük Qayıdış proqramı üzrə tədbirlərin sürətlə həyata keçirilməsi istiqamətində məqsədyönlü iş aparılır, məcburi köçkünlər mərhələli şəkildə doğma yurda dönürlər. Xankəndidən olan məcburi köçkünlərin də bu prosesə qoşulacağı gün uzaqda deyildir.

Dövlət Komitəsinin sədri məcburi köçkünlərin qayıdışa hazırlanması ilə bağlı həyata keçirilən tədbirlər, işğaldan azad edilmiş ərazilərdə yenidən salınmış və bərpa olunmuş yaşayış məntəqələrinə köçürülmənin gedişi və qaydaları haqqında görüş iştirakçılarını məlumatlandırıb, azərbaycanlı əhalinin Xankəndi şəhərinə qayıdışının təşkili ilə bağlı qarşıda duran vəzifələrdən danışıb, dövlətimizin başçısının bununla bağlı tapşırıqlarını onlara çatdırıb.

Görüş iştirakçıları işğaldan azad edilmiş bütün ərazilərdə Azərbaycanın dövlət suverenleyinin bərpa edilməsinə görə dövlətimizin başçısına və rəşadətli silahlı qüvvələrimizin mənsublarına minnətdarlıq bildirib, xalqımızın haqq işi uğrunda canını qurban verən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyiblər.

Görüşdə Xankəndindən olan məcburi köçkün icmalarının nümayəndələri, ziyalılar, ictimai fəallar, həmçinin Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri iştirak edib, qayıdışa hazırlıq məsələlərinə dair rəy və təkliflərini səsləndiriblər.

Paylaş:
139

Son xəbərlər

Deputat: “Növbədənkənar Prezident seçkiləri ilə bağlı qərarın verilməsi yerində atılmış bir addımdır”Bu gün, 14:14Şuşada mina partlayıb, xəsarət alan var - YENİLƏNİBBu gün, 14:11YAP fəalları ilə görüş keçirilmişdir - FOTOBu gün, 14:02Horadizdə traktorun minaya düşməsi ilə bağlı araşdırma aparılırBu gün, 13:46Prezident seçkiləri ilə əlaqədar gələn il fevralın 7-si qeyri-iş günü olacaqBu gün, 13:27“Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu çərçivəsində Gənclər konfransıBu gün, 13:12Qurban Yetirmişli zəlzələ ilə bağlı əhaliyə çağırış edibBu gün, 12:52FHN əməkdaşları zəlzələdən sonra ərazilərə baxış keçirib, dağıntılara rast gəlinməyibBu gün, 12:51Apple Pay TuranBank-da – ilk ödənişdə 5 AZN keşbek!Bu gün, 12:45Pirallahı Sənaye Parkında dərman vasitələrinin istehsalı zavodunun təməli qoyulubBu gün, 12:44Sabah hava necə olacaq?Bu gün, 12:26Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib - SƏRƏNCAMBu gün, 12:05“ASG Business Aviation” təyyarə bələdçisi vəzifəsinə xanım namizədlərin işə qəbulunu elan edirBu gün, 11:50ADY: “Zəlzələdən sonra qatarların hərəkəti qrafik üzrə tam bərpa olunub” - YENİLƏNİBBu gün, 11:34Qara kürü: Əsl Xəzər kürüsünü saxta Çin kürüsündən fərqləndirməyin yolları - FOTOBu gün, 11:32Horadizdə əkin işləri aparan traktor minaya düşüb, xəsarət alan varBu gün, 11:09Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:07Zəlzələ ilə bağlı “103” xidmətinə edilən çağırışların sayında artım müşahidə olunmayıb - TƏBİBBu gün, 11:03AzMİU “Elmi Əməkdaşlıq” Beynəlxalq Araşdırmalar Mərkəzinin üç nominasiya üzrə qalibi olduBu gün, 10:45Kəlbəcərdə saxlanılan erməni diversantın məhkəməsi keçirilirBu gün, 10:39
Bütün xəbərlər

Next TV