Antiterror tədbirləri zamanı şəhid olan Elşad Süleymanov dəfn edilib - YENİLƏNİB

Sentyabrın 19-da Azərbaycan Ordusunun başlatdığı antiterror tədbirləri zamanı şəhid olan Süleymanov Elşad Məmməd oğlu Goranboy rayonunun Balakürd kənd qəbiristanlığında dəfn edilib.
1news.az "Report"a istinadən xəbər verir ki, dəfn mərasimində şəhidin yaxınları, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri və sakinlər iştirak ediblər.
Elşad Süleymanov sentyabrın 19-da antiterror tədbirləri zamanı Ağdam istiqamətində şahid olub.
11:39
Sentyabrın 19-da Azərbaycan Ordusunun başlatdığı antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid olan Süleymanov Elşad Məmməd oğlunun nəşi Goranboy rayonunun Qızılhacılı qəsəbəsinə gətirilib.
1news.az "Report"a istinadən xəbər verir ki, hazırda şəhidin ailə üzvlərinin yaşadığı evin önündə vida mərasimi keçirilir.
Mərasimdə şəhidin yaxınları ilə yanaşı, hərbçilər, rayon icra hakimiyyətinin, idarə və təşkilatların, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri və nümayəndələri, həmçinin, sakinlər iştirak edirlər.
Mərasim başa çatdıqdan sonra şəhid Balakürd kənd qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, 1994-cü il təvəllüdlü Elşad Məmməd oğlu Süleymanov ailəli olub. Onun 7 yaşlı oğlu, 5 yaşlı qızı var.
E.Süleymanov Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmətdə olan hərbi qulluqçusu idi. O, tankçı olaraq Vətən müharibəsi zamanı da döyüşlərdə iştirak edib.
Sentyabrın 19-da Azərbaycan Ordusunun başlatdığı antiterror tədbirləri zamanı Ağdam istiqamətində qəhrəmancasına şəhid olub.