FHN: Ötən sutka 29 yanğına çıxış olub, 8 nəfər xilas edilib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN: Ötən sutka 29 yanğına çıxış olub, 8 nəfər xilas edilib - VİDEO

12:26 - 29 / 09 / 2023
FHN: Ötən sutka 29 yanğına çıxış olub, 8 nəfər xilas edilib - VİDEO

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-in Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 29 yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 8 nəfər, o cümlədən avtonəqliyyat qəzalarında 4 nəfər xilas edilib, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Həmçinin, 2 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
276

Son xəbərlər

Bütün xəbərlər