Azərbaycanlı tələbələrin 5 gündə çəkdiyi film Özbəkistanda 1-ci oldu: “Çətin idi, amma bacardıq” - FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

Azərbaycanlı tələbələrin 5 gündə çəkdiyi film Özbəkistanda 1-ci oldu: “Çətin idi, amma bacardıq” - FOTO

Qafar Ağayev22:14 - 01 / 10 / 2023
Azərbaycanlı tələbələrin 5 gündə çəkdiyi film Özbəkistanda 1-ci oldu: “Çətin idi, amma bacardıq” - FOTO

“İpək Yolu incisi” XV Daşkənd Beynəlxalq Film Festivalı çərçivəsində gənc rejissorlar üçün “5 gündə film” müsabiqəsinin qalibləri müəyyənləşib.

1news.az xəbər verir ki, Müsahibənin mükafatçıların adı açıqlanıb. Dilşod Usmanovun “Uzum” filmi “Ən yaxşı milli qısametrajlı film” nominasiyasında qalib olub. “Ən yaxşı milli qısametrajlı film” nominasiyasında müsabiqədə iştiraka görə “Özbəkistan mənim arzum” filminə görə Hilolə Abdurəsulova və “Omonat” filminə görə Nuriyyə Səfərova layiq görülüblər.

“5 gündə film” müsabiqəsinin əcnəbi iştirakçılarının çəkdiyi filmlər üçün xüsusi nominasiyada 1-ci yerə “Yüz addım” filminə görə Şirin Əhmədova (Azərbaycan), Arzular şəhəri” filminə görə 2-ci yerə Yedisa Toktorova (Qırğızıstan ), “Rişta” filminə görə 3-cü yerə Yakov Podkustov (Rusiya), “ layiq görülüb. Qaliblərə mükafatlar və xatirə hədiyyələri təqdim olunub.

“5 gündə film ” beynəlxalq müsabiqəsinin mükafatlandırma mərasiminin əvvəlində çıxış edən Özbəkistan Kinematoqrafiya Agentliyinin direktoru Firdovsi Abduxolikov bildirib ki, bu müsabiqə müxtəlif ölkələrdən bir sıra gənc rejissorları bir araya gətirdi.

“Bu, təkcə film müsabiqəsi deyil, həm də dostluq, insani dözümlülük kimi anlayışları tərənnüm edən festival layihəsi idi. İştirakçılar ölkəmiz haqqında filmlər çəkdirib və təqdim ediblər. Münsiflər heyətinin üzvləri ən layiqliləri qiymətləndiriblər. Kinofestivalın əsas məqsədi gənclərə imkan yaratmaq, onların öz potensiallarını tam nümayiş etdirmələri üçün şərait yaratmaq və təbii ki, onları həvəsləndirməkdir" - deyə, o bildirib.

Müsabiqə çərçivəsində çəkdiyi qısametrajlı filmi qalib olan Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Şirin Əhmədov 1news.az-ın Özbəkistana ezam olunmuş əməkdaşına deyib ki, çətin olsa da 5 gün ərzində komandası ilə yaxşı iş ortaya qoymağı bacardılar.

"Özbəkistana gəlmək xəbəri çıxanda, qalib olmaq üçün nələr edəcəyimizi düşündük. Bu bizim ilk filmimiz deyil, Azərbaycanda da iki filmimiz çəkilib. Ancaq Özbəkistan haqqında 5 gün içində film çəkmək həqiqətən çox çətin idi. 5 gün ərzində qısa və mənalı film çəkməliydik ki, Özbəkistan tarixinə də toxunmalıydıq. Hoteldə qalanda da filmlə bağlı işləyirdik, digər komandalar yatanda biz işləyirdik. Çəkdiyimiz əziyyətin bəhrəsini gördük. İnanırdıq ki, qalib olacağıq”.

“Yüz addım” ideyasının ortaya çıxmasından danışan rejissor deyib ki, addımlar insanı həyatı boyu izləyir.

"Hər addımda insanın başına maraqlı bir hadisə gələ bilər. 100 addım filmdə metabolik məna daşıyır. Çox sevinirəm ki, bizim çatdırmaq istədiyimiz mənanı münsiflər başa düşdü və dəyərləndirdi”.

Filmin operatoru, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Yusif Qasımov deyib ki, 5 gündə film çəkmək həddindən artıq çətindir.

“Biz filmi Daşkənddə Əmir Teymurun abidəsinin yaxınlığında çəkdik. Əziyyət çəkdik, yuxusuz gecələrimiz oldu. Ancaq filmimiz layiqli qiymətini aldıq. Qalib olduğumuz üçün çox sevincliyik”.

Paylaş:
978

Son xəbərlər

Bakıda COP29-a hazırlıq çərçivəsində 11-ci Texniki Ekspert Dialoqu keçirilirBu gün, 15:27Birbank taksit kartı sahiblərinə “Trendyol”da 6 aylıq faizsiz taksit imkanıBu gün, 15:22Utandırıcı birincilik – Selektiv abortların qarşısı necə alınmalıdır?Bu gün, 15:14ABB-də bank xidmətlərindən rəqəmsal şəxsiyyət vəsiqəsi ilə istifadə etmək olarBu gün, 15:08Nəbi Xəzrinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAMBu gün, 14:58Səhiyyə Nazirliyindən əhaliyə qrip əleyhinə vaksinasiya ilə bağlı XƏBƏRDARLIQBu gün, 14:49Bu gün Xalq artisti Habil Əliyevin anım günüdürBu gün, 14:38Azərbaycan XİN Tacikistanı Milli Günü münasibətilə təbrik edibBu gün, 14:14“Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfrans keçirilibBu gün, 14:07Sumqayıtda avtotəmir sexində başlayan yanğın söndürülübBu gün, 13:50Sumqayıtda İran vətəndaşının kuryerliyə cəlb etdiyi şəxsdən 50 kiloqram narkotik aşkarlanıbBu gün, 13:38Avtomobillə İçərişəhərə girmək istəyənlərin NƏZƏRİNƏBu gün, 13:14Sabah yağış yağacaq - ProqnozBu gün, 13:07“Bakcell” “Vodafone Group”la əməkdaşlıq edəcəkBu gün, 13:03Yasamalda evdən 90 min manata yaxın oğurluq olubBu gün, 12:51Nazirdən alimlərə sual: “Niyə sosial şəbəkələrdə aktiv deyilsiniz?”Bu gün, 12:48Azər Türk Bankdan istehlak kreditləri üzrə yeni kampaniyaBu gün, 12:11İlham Əliyev Tacikistan liderinə təbrik məktubu göndəribBu gün, 11:51Bakıda Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu keçirilirBu gün, 11:49Azərbaycan Prezidenti Koreya Xalq Demokratik Respublikasının rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 11:48
Bütün xəbərlər