Xankəndidə radio-televiziya yayımı bərpa olunur | 1news.az | Xəbərlər
Cəmiyyət

Xankəndidə radio-televiziya yayımı bərpa olunur

13:06 - 02 / 10 / 2023
Xankəndidə radio-televiziya yayımı bərpa olunur

Sentyabrın 29-da Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə növbəti görüş zamanı radio-televiziya yayımlarının təşkili ilə bağlı onların etdiyi xahişin yerinə yetirilməsi məqsədilə bölgədəki yayım vəziyyəti araşdırılıb.

1news.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, aparılmış radiomonitorinqlər nəticəsində Şuşa Radio-Televiziya Yayım Stansiyası vasitəsilə Azərbaycanın 7 radio və doqquz televiziya proqramının, eləcə də Qarabağ bölgəsində yaşayan erməni sakinlərin maarifləndirilməsi, Azərbaycan dövlətinin çağırışlarının onlara çatdırılması üçün Azərbaycanın erməni və rus dillərində yayımlanan 101,1, 103,5 və 97,7 MHs tezliklərində FM radio və 674 MHs tezliyində rəqəmsal televiziya yayımının Xankəndi də daxil olmaqla, Qarabağ bölgəsinin bir çox ərazisində qəbulu müşahidə olunub.

Bununla belə, Qarabağ bölgəsində radio-televiziya yayımlarının keyfiyyətinin və əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə əlavə tədbirlər görüləcək.

Paylaş:
222

Son xəbərlər

Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistanın Gənclərlə İş Agentliyi arasında memorandum imzalandıBu gün, 17:54Metroda ölən şəxs müğənninin atası imiş - FOTOBu gün, 17:52Paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkasına 40 rayondan məhsul çıxarılacaqBu gün, 17:48Bu gün Laçına qayıdan ailələrə evlərinin açarları təqdim olunub - YENİLƏNİBBu gün, 17:32Deputat: “Qızılcaya yoluxmanın artmasının əsas səbəbi vaksinasiyanın aparılmamasıdır”Bu gün, 17:13Bakı və Sumqayıtda dəm qazı normadan yüksək olubBu gün, 17:11Vilayət Eyvazov Qubada vətəndaşları qəbul edəcəkBu gün, 16:47Azərbaycan Təhlükəsizlik Şurasının katibi xidmətinə yeni şöbə müdiri təyin edilibBu gün, 16:43DTX-nin Heydər Əliyev adına Akademiyasının əməkdaşları təltif edilib - SİYAHIBu gün, 16:42“Tiktok” ilə əməkdaşlıq çərçivəsində keçirilən proqramın qalibləri elan olunubBu gün, 16:31Lənkəranda narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs olunubBu gün, 16:29Komitə sədri: “Selektiv abortlara görə dünyada lider olmağımız ürəkağrıdıcı bir faktdır”Bu gün, 16:23İşçilərin hüquqlarını pozan şirkətlər cərimələnibBu gün, 16:17ADMİU-nun 100 illik yubileyinə həsr olunmuş sərgi keçirilib - FOTOBu gün, 16:10Agentlik daha 14 müəssisədə nöqsanlar aşkarladı - SİYAHIBu gün, 16:10Əlahiddə Ümumqoşun Orduda kompüter dəstəkli komanda-qərargah təlimi keçirilib - VİDEOBu gün, 15:53Ceyhun Bayramov Əlcəzairin Xarici İşlər və Xaricdəki Milli İcma Nazirliyinin baş katibi ilə görüşübBu gün, 15:50Qubada qanunsuz kömür quyusu aşkarlanıbBu gün, 15:19“Nəriman Nərimanov” metrostansiyasında sərnişin vəfat edibBu gün, 15:06Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb - FOTOBu gün, 15:06
Bütün xəbərlər

Next TV