“Qarabağda türkün gücünü hamı gördü”
“Qarabağda türkün gücünü hamı gördü”.
1news.az Report-a istinadla xəbər verir ki, bunu "Baykar" şirkətinin texniki direktoru, “Texnofest” İdarə Heyətinin sədri Selcuk Bayraktar jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu gün Türkiyə dünyada ən yaxşı pilotsuz uçuş aparatlarına (PUA) sahibdir: “Qarabağın azad olunmasında PUA-dan istifadə edildi. Bu, bizim üçün qürur mənbəyidir. Türklər ilk dəfə olaraq PUA-larla müharibədə qalib gəldi. Türkün gücünü hər kəs gördü. Bu, əlbəttə, həm şəhid və qazilərimiz sayəsində mümkün oldu”.
297