Lənkəranda son bir ay ərzində narkotiklərlə bağlı 32 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Lənkəranda son bir ay ərzində narkotiklərlə bağlı 32 nəfər saxlanılıb

09:25 - 02 / 10 / 2023
Lənkəranda son bir ay ərzində narkotiklərlə bağlı 32 nəfər saxlanılıb

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Samid Əliyev narkotik vasitə heroini satarkən saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan 1news.az-a verilən məlumata görə, əməliyyat tədbirlərinin davamı nəticəsində onun narkotik vasitəni əldə etdiyi şəxsin Lənkəran sakini, əvvəllər məhkum olunmuş Bünyad Heydərov olduğu müəyyən edilib və sonuncu da polis əməkdaşları tərəfindən saxlanılıb.

Keçirilən baxış zamanı B.Heydərovun üzərindən və yaşadığı evdən ümumilikdə 8 kiloqram 300 qram heroin aşkarlanaraq götürülüb. Onun sözügedən narkotik vasitəni satışının təşkil olunmasından ötrü xaricdə yaşayan narkotacir vasitəsilə əldə etdiyi müəyyən olunub.

Bundan əlavə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının son bir ay ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyatlar zamanı ümumilikdə 32 nəfər saxlanılıb. Faktlarla bağlı zəruri istintaq hərəkətləri davam etdirilir.

Paylaş:
111

Son xəbərlər

Prezident seçkiləri ilə əlaqədar gələn il fevralın 7-si qeyri-iş günü olacaqBu gün, 13:27“Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu çərçivəsində Gənclər konfransıBu gün, 13:12Qurban Yetirmişli zəlzələ ilə bağlı əhaliyə çağırış edibBu gün, 12:52FHN əməkdaşları zəlzələdən sonra ərazilərə baxış keçirib, dağıntılara rast gəlinməyibBu gün, 12:51Apple Pay TuranBank-da – ilk ödənişdə 5 AZN keşbek!Bu gün, 12:45Pirallahı Sənaye Parkında dərman vasitələrinin istehsalı zavodunun təməli qoyulubBu gün, 12:44Sabah hava necə olacaq?Bu gün, 12:26Şuşada mina partlayıb, bir nəfər xəsarət alıbBu gün, 12:18Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib - SƏRƏNCAMBu gün, 12:05“ASG Business Aviation” təyyarə bələdçisi vəzifəsinə xanım namizədlərin işə qəbulunu elan edirBu gün, 11:50ADY: “Zəlzələdən sonra qatarların hərəkəti qrafik üzrə tam bərpa olunub” - YENİLƏNİBBu gün, 11:34Qara kürü: Əsl Xəzər kürüsünü saxta Çin kürüsündən fərqləndirməyin yolları - FOTOBu gün, 11:32Horadizdə əkin işləri aparan traktor minaya düşüb, xəsarət alan varBu gün, 11:09Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:07Zəlzələ ilə bağlı “103” xidmətinə edilən çağırışların sayında artım müşahidə olunmayıb - TƏBİBBu gün, 11:03AzMİU “Elmi Əməkdaşlıq” Beynəlxalq Araşdırmalar Mərkəzinin üç nominasiya üzrə qalibi olduBu gün, 10:45Kəlbəcərdə saxlanılan erməni diversantın məhkəməsi keçirilirBu gün, 10:39Bakıda avtomobildən 16 min manat və 2 min dollar pul oğurlanıbBu gün, 10:36Zəlzələdən sonra yol infrastrukturuna baxış keçirilir - AAYDA məlumat yaydıBu gün, 10:24DYP hava şəraiti ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:17
Bütün xəbərlər

Next TV