Özbəkistanda “İpək Yolunun mirvarisi” adlı Beynəlxalq Kino Festivalı çərçivəsində “Azərbaycan kinosu günü” keçirilib - FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

Özbəkistanda “İpək Yolunun mirvarisi” adlı Beynəlxalq Kino Festivalı çərçivəsində “Azərbaycan kinosu günü” keçirilib - FOTO

Qafar Ağayev13:02 - 02 / 10 / 2023
Özbəkistanda “İpək Yolunun mirvarisi” adlı Beynəlxalq Kino Festivalı çərçivəsində “Azərbaycan kinosu günü” keçirilib - FOTO

Özbəkistanda “İpək Yolunun mirvarisi” adlı XV Daşkənd Beynəlxalq kinofestivalı çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan kinosu gününün açılışı olub.

1news.az-ın Özbəkistana ezam olunmuş əməkdaşı xəbər verir ki, “Özbəkistan Kinematoqrafiya Agentliyi, Özbəkistan və Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan və Özbəkistan Mədəniyyət Nazirliklərinin rəsmiləri, hər iki ölkənin kinematoqrafları, festivala gələn nümayəndə heyəti, mədəniyyət, kino sahəsi üzrə gənc mütəxəssislər, tələbələr və yerli azərbaycanlılar iştirak ediblər.

Əvvəlcə Azərbaycan nümayəndə heyəti və qonaqlar və iştirakçılar Ulu Öndər Heydər Əliyevin mərkəzin qarşısındakı abidəsi önünə, Şəhidlər bağına gül və çiçəklər qoyublar.

Sonra onlar Mədəniyyət Mərkəzinin foyesində Azərbaycan kinosu – 125 və Ulu Öndər Heydər Əliyevə həsr olunmuş foto və kitab və kitab sərgisi ilə tanış olublar.

Tədbiri giriş sözü ilə açan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov uzun bir inkişaf dövrü keçmiş Azərbaycan kinosu və onun nailiyyətlərindən danışıb. O, Azərbaycan kinosunun yarandığı gündən azərbaycanlılığa, milli düşüncəyə və ideologiyaya xidmət etdiyini və filmlərimizin daim Özbəkistanda böyük maraqla qarşılandığını söyləyib. Diplomat Azərbaycan kino sənətinə yüksək qiymət verən ümummilli liderimiz Heydər Əliyevdən sitat gətirib: “«Azərbaycan xalqının bir çox nəsli kino ilə tərbiyələnib, kinonun təsiri altında formalaşıb, inkişaf edib, mədəniyyətə qovuşubdur. Xalqımızın inkişafında, inkişafında kinonun rolu misilsizdir”.

Azərbaycan Mədəniyyət Nazirliyinin müşaviri Orxan Fikrətoğlu, “Özbəkistan Kinematoqrafiya Agentliyi təmsilçisi, “Kino Muzeyi”nin direktoru Gülnara Mahmudova ölkələrimiz arasında əlaqələrin dərinləşdirilməsində mədəni sahədə əməkdaşlığın böyük rolu olduğunu bildirib, klassik və müasir filmlər haqqında materialların qorunması istiqamətində görülən işlərdən danışıblar. “Arşın mal alan”, “Qaynana”, “Əhməd haradadır” kimi klassik filmlərimizin Özbəkistanda çox sevildiyini və hər il dəfələrlə nümayiş etdirildiyini bildirən bütün çıxışçılar Azərbaycan və Özbəkistan dövlətlərinin rəhbərləri İlham Əliyevlə Şavkat Mirziyoyevin vaxtaşırı görüşləri ölkələrimiz arasında bütün sahələrdə münasibətlərin inkişafına təkan verdiyini, mədəniyyət sahəsində də yeni imkanlar açdığını qeyd ediblər.

Tədbirdə Azərbaycan Milli Məclisi Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın vəfatı ilə bağlı Özbəkistan mədəniyyət naziri Ozodbek Nazarbekov tərəfindən imzalanan nekroloq qeyd olunmuş və tədbir iştirakçıları Qənirə Paşayevanın ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

Azərbaycan kinosu gününün açılışı mərasimində rejissor Elçin Musaoğlunun “Məryəm” filmi nümayiş edilib. Filmin əsas süjet xətti Məryəm adlı qızın uzun illər sonra dünyasını dəyişdiyi bildiyi və ruhi xəstəxanada müalicə alan atasını görmək üçün Azərbaycana gəlişi üzərində qurulub. Ata sevgisi, böyüyə hörmət və övlad sədaqəti, bütün çətinliklərə baxmayaraq, sona qədər atasının yanında olan Məryəm onun sağalması üçün sona qədər səylə mübarizə aparır.
“Məryəm” filmi tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Sonda çıxış edən filmin rejissoru Elçin Musaoğlu filmin çəkilişləri, onun əsas məqsədi haqqında danışaraq, tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirib.

Paylaş:
306

Son xəbərlər

Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistanın Gənclərlə İş Agentliyi arasında memorandum imzalandıBu gün, 17:54Metroda ölən şəxs müğənninin atası imiş - FOTOBu gün, 17:52Paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkasına 40 rayondan məhsul çıxarılacaqBu gün, 17:48Bu gün Laçına qayıdan ailələrə evlərinin açarları təqdim olunub - YENİLƏNİBBu gün, 17:32Deputat: “Qızılcaya yoluxmanın artmasının əsas səbəbi vaksinasiyanın aparılmamasıdır”Bu gün, 17:13Bakı və Sumqayıtda dəm qazı normadan yüksək olubBu gün, 17:11Vilayət Eyvazov Qubada vətəndaşları qəbul edəcəkBu gün, 16:47Azərbaycan Təhlükəsizlik Şurasının katibi xidmətinə yeni şöbə müdiri təyin edilibBu gün, 16:43DTX-nin Heydər Əliyev adına Akademiyasının əməkdaşları təltif edilib - SİYAHIBu gün, 16:42“Tiktok” ilə əməkdaşlıq çərçivəsində keçirilən proqramın qalibləri elan olunubBu gün, 16:31Lənkəranda narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs olunubBu gün, 16:29Komitə sədri: “Selektiv abortlara görə dünyada lider olmağımız ürəkağrıdıcı bir faktdır”Bu gün, 16:23İşçilərin hüquqlarını pozan şirkətlər cərimələnibBu gün, 16:17ADMİU-nun 100 illik yubileyinə həsr olunmuş sərgi keçirilib - FOTOBu gün, 16:10Agentlik daha 14 müəssisədə nöqsanlar aşkarladı - SİYAHIBu gün, 16:10Əlahiddə Ümumqoşun Orduda kompüter dəstəkli komanda-qərargah təlimi keçirilib - VİDEOBu gün, 15:53Ceyhun Bayramov Əlcəzairin Xarici İşlər və Xaricdəki Milli İcma Nazirliyinin baş katibi ilə görüşübBu gün, 15:50Qubada qanunsuz kömür quyusu aşkarlanıbBu gün, 15:19“Nəriman Nərimanov” metrostansiyasında sərnişin vəfat edibBu gün, 15:06Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb - FOTOBu gün, 15:06
Bütün xəbərlər

Next TV