DİN Bakıda yüksəklikdən təkər buraxılaraq avtomobillərə təhlükə yaradan görüntüləri araşdırır | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN Bakıda yüksəklikdən təkər buraxılaraq avtomobillərə təhlükə yaradan görüntüləri araşdırır

10:05 - 03 / 10 / 2023
DİN Bakıda yüksəklikdən təkər buraxılaraq avtomobillərə təhlükə yaradan görüntüləri araşdırır

Bakıda yeniyetmələrin yüksəklikdən avtomobil təkəri buraxaraq yolda hərəkət edən nəqliyyat vasitələri üçün təhlükə yaratmaları ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Bu hərəkət vətəndaşların qınağına səbəb olub.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən 1news.az-a bildirilib ki, polis yayılan görüntülərdən məlumatlıdır.

"Hazırda araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək və ictimaiyyətə əlavə məlumatın verilməsi təmin olunacaq", - məlumatda vurğulanıb.

Paylaş:
178

Son xəbərlər

Bütün xəbərlər