KTM-ə ötən ay zəhərlənmə ilə bağlı 149 nəfər qəbul edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

KTM-ə ötən ay zəhərlənmə ilə bağlı 149 nəfər qəbul edilib

12:39 - 03 / 10 / 2023
KTM-ə ötən ay zəhərlənmə ilə bağlı 149 nəfər qəbul edilib

Sentyab ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə ilə bağlı 149 nəfər qəbul edilib.

Mərkəzin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, onlardan 63-ü kişi, 63-ü qadın, 23-ü isə uşaq olub.

Qəbul olunan xəstələrdən 68-i dərmandan, 36-sı sirkə turşusundan, 12-si göbələkdən, 7-si etanoldan zəhərlənib. Digərlərindən 3-ü allergik reaksiyadan, 6-ı isə botulizm, 3-ü anaflaksiya səbəbindən xəstəxanaya yerləşdirilib.

Həmçinin onlardan 14 nəfəri ilan sancıb.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 4-ü dünyasını dəyişib. Onlardan 2-si kişi, 2-i qadın olub. Ölüm halları sirkə turşusundan zəhərlənmə səbəbilə baş verib.

Paylaş:
205

Son xəbərlər

Bütün xəbərlər