İran HDQ-nin nümayəndə heyəti “Xəzri-2023” təlimində müşahidəçi qismində iştirak edir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İran HDQ-nin nümayəndə heyəti “Xəzri-2023” təlimində müşahidəçi qismində iştirak edir - FOTO

Qafar Ağayev11:30 - 04 / 10 / 2023
İran HDQ-nin nümayəndə heyəti “Xəzri-2023” təlimində müşahidəçi qismində iştirak edir - FOTO

Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən “Xəzri-2023” birgə taktiki təlimində müşahidəçi qismində iştirak etmək üçün İran İslam Respublikasının HDQ-nin nümayəndə heyəti Bakıya gəlib.

1news.az xəbər verir ki, Azərbaycan Respublikası HDQ komandanı vitse-admiral Sübhan Bəkirov İran İslam Respublikasının HDQ-nin Əməliyyat Komandanı 1-ci dərəcəli kapitan Məhəmməd Reza Xəzainin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

HDQ-nin qərargahında keçirilən görüşdə “Xəzri-2023” təliminin əhəmiyyəti xüsusi vurğulanaraq gələcəkdə Xəzər dənizində Azərbaycan-İran HDQ-nin də birgə təlimlərinin keçirilməsinin vacibliyi diqqətə çatdırılıb və bununla bağlı ilkin razılıq əldə edilib.

Görüşdə hər iki ölkənin HDQ-ləri arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Paylaş:
244

Son xəbərlər

Bütün xəbərlər