“Qafqazdakı gərginlik təhlükəsizik və sülhün bərpa olunması ilə əvəzlənməlidir”

“Qafqazdakı gərginlik təhlükəsizik və sülhün bərpa olunması ilə əvəzlənməlidir”.
1news.az Report-a istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovla Tehranda baş tutmuş görüşlə bağlı “X”də yazıb.
O bildirib ki, müzakirələr zamanı ölkələr arasında ikitərəfli münasibətlərin müxtəlif aspektlərinin balanslaşdırılmasının zəruriliyi qeyd olunub: “Bakı və Tehran ikitərəfli münasibətlərin fəal inkişafı ilə bağlı razılığa gəliblər”.
Qeyd edək ki, X.Xələfov dünən Tehranda H.Ə.Abdullahianla görüşüb.
390