Bakıda yolun hərəkət hissəsinə təkər atan şəxslər saxlanılıb - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yolun hərəkət hissəsinə təkər atan şəxslər saxlanılıb - FOTO - VİDEO

08:59 - 05 / 10 / 2023
Bakıda yolun hərəkət hissəsinə təkər atan şəxslər saxlanılıb - FOTO - VİDEO

Sosial şəbəkələrdə “ölüm oyunu” adı ilə paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində təpəlikdən kənar dairəvi yola təkər atılmasını əks etdirən görüntülər araşdırılıb.

DİN-in mətbuat xidmətindən 1news.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən hərəkət iştirakçılarının həyatına və əmlakına real təhlükə yaradan şəxslər müəyyən ediliblər. Həmin əməli törədən şəxslər – 2006-cı il təvəllüdlü Həsənov Sədrəddin və 2007-ci il təvəllüdlü Hüseynli Pünhan saxlanılaraq polis orqanına gətiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Araşdırmanın nəticəsindən asılı olaraq ictimai təhlükəli əmələ hüquqi qiymət veriləcəkdir.

Paylaş:
1065

Son xəbərlər

Bütün xəbərlər