Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti oktyabrın 5-i gündüzədək davam edəcək.
1news.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında bildirilib. Qeyd edilib, oktyabrın 6-da havanın sabit, əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim cənub-şərq küləyi əsəcək.
279