Füzulidə yol qəzasında avtomobildə sıxılıb qalmış şəxs xilas edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Füzulidə yol qəzasında avtomobildə sıxılıb qalmış şəxs xilas edilib

Qafar Ağayev09:06 - 06 / 10 / 2023
Füzulidə yol qəzasında avtomobildə sıxılıb qalmış şəxs xilas edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Füzuli rayonunun Əhmədbəyli kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Nazirlikdən 1news.az-a verilən xəbərə görə, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin həmin əraziyə ən yaxın xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı hasara çırpılıb, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
253

Son xəbərlər

Bütün xəbərlər