Xaçmazda yük avtomobili yanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xaçmazda yük avtomobili yanıb

15:25 - 07 / 10 / 2023
Xaçmazda yük avtomobili yanıb

Xaçmazda “Qazel” markalı yük avtomobili yanıb.

FHN-dən 1news.az-a verilən xəbərər görə, hadisə rayonun Ərəb kəndində baş verib. Belə ki, ümumi sahəsi 50 m² olan talvarın yanar konstruksiyaları, altına yığılan 12 ton ot bağlamasının 8 tonu, yaxınlıqda dayanan “Qazel” markalı yük avtomobilinin kabinəsi və qoşqusunun üzərinə çəkilən tent qismən yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Ot bağlamalarının, avtomobilin qalan hissəsi və yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş:
358

Son xəbərlər

Bütün xəbərlər