Şəmkirdə yol qəzası baş verib, xəsarət alan var | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəmkirdə yol qəzası baş verib, xəsarət alan var

17:46 - 07 / 10 / 2023
Şəmkirdə yol qəzası baş verib, xəsarət alan var

Şəmkirdə yol qəzası baş verib.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun 20 Yanvar küçəsində qeydə alınıb.

Hərəkətdə olan “Qazel” markalı yük maşını ilə "Hyundai "markalı minik avtomobili toqquşub.

Qəzada sonra avtomobillərdə yanğın baş verib.

Dərhal hadisə yerinə FHN Dövlət Yanğından mühafizə xidmətinin Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsi yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, hadisə zamanı 1 nəfərin xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
298

Son xəbərlər

Bütün xəbərlər