Daşkənddə başlayıb, Səmərqənddə bitən möhtəşəm film festivalından REPORTAJ | 1news.az | Xəbərlər
Reportaj

Daşkənddə başlayıb, Səmərqənddə bitən möhtəşəm film festivalından REPORTAJ

Qafar Ağayev12:37 - 07 / 10 / 2023
Daşkənddə başlayıb, Səmərqənddə bitən möhtəşəm film festivalından REPORTAJ

29 Sentyabr - 3 oktyabr tarixlərində Özbəkistan XV-si keçirilən möhtəşəm Daşkənd Film Festivalına ev sahibliyi etdi.

1news.az-ın əməkdaşının da iştirak etdiyi 5 gün davam edən festival maraqlı məqamlarla yadda qaldı.

Daşkənd Film Festivalının tarixinə nəzər salsaq, görərik ki, ilk festival 1958-ci ildə keçirilib. 2-ci festival isə 10 il sonra - 1968-ci ildən başlayıb və 1988-ci ilə qədər müntəzəm keçirilib. Sovet ittifaqının dağılması, Özbəkistanın müstəqliyini bərpa etməsi prosesində işində fasilələr yaranan festival, Özbəkistan Prezidenti Şavkat Mirziyayevin sərəncamı ilə 2021-ci ildə yenidən bərpa olunub.

Festival Özbəkistanın adət-ənənələrin nümayişi, kino sənətinin inkişafını, keçdiyi yolu nümayiş etdirmək üçün çox önəmli bir vasitədir.

Brifinq

Festival 29 Sentyabrda ilk olaraq Özbəkistan Kino Agentliyinin binasında brifinqlə başladı.

Brifinqə gələnləri Özbəkistanın milli musiqi alətləri olan zurna-qaval sədaları, çörək və şirniyyatla qarşıladılar.

Agentliyin binasının içində və çölündə Özbəkistan kinosunun məşhur filmlərinin, aktyor və aktrisalarının fotoları nümayiş etdirilir. Brifinq salonuna gedənə qədər Özbəkistan film sənətinin tarixi və inkişafı ilə bağlı məlumat alırıq.

Mətbuat üçün brifinqdə qonaqları salamlayan Kinematoqrafiya Agentliyinin direktoru Firdavs Abduxolikov bildirib ki, son illər kino sahəsində əldə olunan nailiyyətlər respublika Prezidentinin səyləri ilə həyata keçirilir.

“Builki festivala 52 ölkədən gələn 300 qonaq arasında tanınmış rejissorlar, aktyorlar və prodüserlər, eləcə də Özbəkistanın bir çox etibarlı tərəfdaşları var. Həmçinin 30-a yaxın ölkə ilə əməkdaşlıq çərçivəsində kino layihələri həyata keçirilir. Festival çərçivəsində tanınmış xarici və yerli kino xadimlərinin iştirakı ilə ustad dərsləri və yaradıcılıq görüşləri keçiriləcək. Yaxşısı odur ki, respublika üzrə festivala təqdim olunan filmlərin pulsuz nümayişi var”.

Mətbuat brifinqindən sonra milli kino layihələrinin təqdimatı keçirilib. Rejissor Cahangir Əhmədovun “Bahadır Yalanqtuş”, Yolkin Toyçiyevin “Uluq Əmir və donna Mariya”, Abduxəlil Mıqnorovun “Mənim məhəlləm”, Şahrux Rəsulovun “Üç qəhrəman”, Əkrəm İsakovun “Məğlubedilməz”, Abutalib Adamkulovun “Tokioya gedən yol” və “Epidemiya” filmlərinin təqdimatı olub.

Təqdimatı olan filmlər, Özbəkistanda film sahəsinin nə qədər inkişaf etdiyini göstərdi.

Hər zaman filmlərin necə çəkilməsi, hansı texnologiyalardan istifadə edilməsi mənim üçün maraqlı olub. “Maraqla izlədiyimiz filmlər necə çəkilir?” sualına isə elə brifinqdən sonra cavab tapırıq. Belə ki, kino pavilyonunda “Bahadır Yalanqtuş” filminin neçə çəkildiyinin şahidi oluruq. Görürük ki, bizim maraqla izlədiyimiz filmlər heç də asan ərsəyə gəlmir. Möhtəşəm çəkiliş meydançası hamının marağına səbəb olur.

Açılış mərasimi

Həmin gün saat 6-da açılış mərasimi başlayır. 15-ci Daşkənd Beynəlxalq Film Festivalı üçün təşkil edilən qırmızı dəhlizdən kino ulduzları keçdi.

Daha sonra mərasim Əlişir Nəvai adına Daşkənd Kino Evinin böyük zalında davam edib. Festivalın açılış mərasiminə “Taksi” filmindəki rolu ilə tanınan məşhur fransız aktyor Frederik Diefental da qatılıb. O, Özbək mahnısı olan Əndicanın sədaları altında rəqs etdi.

Tədbirdə Özbəkistan Prezidenti Şavkat Mirziyayevin təbrik məktubu oxunub.

Təntənəli açılış mərasimində Milli Film Müsabiqəsinin qalibləri elan edilib və mükafatlandırılıb. Belə ki, Haşım Arslanov “Ən yaxşı kişi rolu” nominasiyasında “Uçuş 101” filmindəki roluna görə qalib seçilib, “Ən yaxşı qadın rolu” nominasiyasında “Qadın qisməti” filmindəki roluna görə Rəna Şodiyeva, həmçinin Əli Həmroyev “Səmərqənddə qovun təravəti” filmi ilə “Ən yaxşı rejissor” mükafatını qazanıb. Kəmarə Kamalovanın “Sənə kim deyək?” filmi “Ən yaxşı film” mükafatına layiq görülüb.

Türkiyənin məşhur müğənnisi Ayla Çelikin ifa etdiyi mahnılar da tədbirdə böyük coşqu ilə qarşılanıb. Tədbirdə konsert proqramı da təşkil olunub.

Növbəti günlərdə tanınmış aktyorların ustad dərsləri, müxtəlif tədbirlər keçirildi.

15-ci Daşkənd Beynəlxalq Film Festivalı çərçivəsində “Türk xalqlarının kinosu: beynəlxalq əlaqələr, dəyərlər və yeniliklər” adlı kinoforum keçirilib.

Bu forumda “Türk Xalqları Kinematoqrafçılar Dərnəyi” yaradılıb.

Tədbirdə Azərbaycan Mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu iştirak edərək, öz təkliflərini səsləndirib.

Eyni zamanda festival çərçivəsində Özbək dublyaj sənətinin 85 illiyi də qeyd olunub.

“5 gündə film” müsabiqəsi də maraqla qarşılanıb. Azərbaycanlı tələbələrin 5 gün ərzində çəkdiyi “100 addım” filmi müsabiqədə qalib olub.

Və nəhayət, bağlanış mərasimi üçün 2 oktyabr səhər saatlarında sürətli qatarla Özbəkistanın qədim şəhərlərindən olan Səmərdənq şəhərinə yola düşürük. Səmərqəndə gələrdən ilk olaraq bizi şəhərdə yerləşə 2 möhtəşəm yerə aparırlar. İlk olaraq XV əsrdə inşa edilmiş Əmir Teymurun məqbərəsinə, daha sonra isə məşhur Registan məscid kompleksinə aparırlar. Getdiyimiz yerlərdə buraların tarixi haqqında məlumat verilir.

Buradan çıxıb bağlanış mərasiminin keçiləcəyi Səmərqənd İpək Yolu kompeksinə gəlirik. Burada sanki qədim Səmərqənd şəhəri içərisində “Böyük şəhər” adlı yeni bir Səmərqənq şəhəri yaradıblar. Bu müasir kompleksdə də Səmərqəndə məxsus memarlıq üslubu, tarixi binaların bənzərləri yaradılıb.

Tədbir qonaqlar və iştirakçılar üçün əsl bayrama çevrildi. Burada da Özbəkistan və dünya kinosunun ulduzları, tanınmış aktyor və rejissorlar, prodüserlər, ssenaristlər qırmızı xalıdan keçiblər.

Film janrlarına uyğun olaraq möhtəşəm videoçarxla başlayan bağlanış mərasimi mərasimdən sonra səhnəyə “Oskar” və “Qızıl Qlobus” mükafatı laureatı Kevin Spasey çıxıb.

O, bildirib ki, bu kinofestivalı keçirilməsindən və burada iştirak etməyimdən məmnundur.

“Özbəkistanda canlanan tədbirdən sonra üçüncü dəfə toplaşan bütün yeni yaradıcıları, ssenaristləri, rejissorları və kino xadimlərini təbrik edirəm. Bir neçə gün ərzində mən Daşkəndi və bu inanılmaz qədim və gözəl şəhəri - Səmərqəndi görə bildim" – deyib.

Səhnəyə çıxan Səmərqənd merinin müavini Rüstəm Qabilov buranın min illik tarixi olan bir şəhər olduğunu vurğulayaraq, ayrı-ayrılıqda aşağıdakı məqamları dilə gətirib:

“Təsadüfi deyil ki, “İpək yolununincisi” 15-ci Daşkənd Beynəlxalq Film Festivalının bağlanış mərasimi burada keçirilib. Səmərqənddə özbək kino tarixində nadir filmlər çəkilib, üstəlik, Səmərqənddə hələ açılmamış çoxlu məqamlar var və onlar haqqında çoxlu filmlər çəkmək olar. Hazırkı qonaqlarımız da bu məqamlara toxundular. Düşünürük ki, film festivalı yaxın gələcəkdə Səmərqənd şəhərində yeni kinoteatrların açılmasına və kino sənayesinin inkişafına səbəb olacaq. Biz Səmərqənddə kino, incəsənət və mədəniyyət sahələrində belə genişmiqyaslı tədbirlərin keçirilməsinə hər zaman hazırıq”.

Daha sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatlandırma mərasimindən sonra “Bravo” orkestrinin ifasında dünyanın məşhur filmlərinin musiqiləri səsləndirilib.

Möhtəşəm film festivalı bununla da yekunlaşıb.

Paylaş:
3537

Son xəbərlər

Dövlət başçısı Beninin yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB14 / 10 / 2024, 18:07Prezident Estoniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB14 / 10 / 2024, 17:53“Yaşıl keçid və iqlim dəyişikliyi: COP29 ilə bağlı nəzəri və praktiki yanaşmalar” başlıqlı dəyirmi masa baş tutub14 / 10 / 2024, 17:33İlham Əliyev Qətərin yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB14 / 10 / 2024, 17:21Prezident Belçikanın Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB14 / 10 / 2024, 17:04Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?14 / 10 / 2024, 16:46IDEA İctimai Birliyi PASHA Qrupunun dəstəyi ilə növbəti təmizlik aksiyası təşkil edib - FOTO14 / 10 / 2024, 16:14Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə yeni səlahiyyətlər verilib14 / 10 / 2024, 15:57COP29 - təhlükəsiz, inklüziv və davamlı gələcək naminə platforma14 / 10 / 2024, 15:38Kapital Bank 2024-cü ilin 3-cü rübü üzrə maliyyə nəticələrini elan edib14 / 10 / 2024, 15:35Dövlət başçısı bir sıra məhkəmələrə sədr və sədr müavinlərini təyin edib14 / 10 / 2024, 15:26Bu gün Xalq şairi Məmməd Arazın doğum günüdür14 / 10 / 2024, 15:10XİN: “Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı mina terrorunu davam etdirməsinə göz yummamalıdır”14 / 10 / 2024, 14:48Azərbaycan Ordusunun döyüş təyyarələri təlim-məşq uçuşları icra edib - VİDEO14 / 10 / 2024, 14:31Sabirabad sakininin 135 min manatdan çox pulu ələ keçirilib14 / 10 / 2024, 14:03Dövlət Sərhəd Xidməti kursantlarının andiçmə mərasimi keçirilib14 / 10 / 2024, 13:40Zığ dairəsi-Hava Limanı yolunda endirilən sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb - YENİLƏNİB14 / 10 / 2024, 13:16Sabahın hava proqnozu14 / 10 / 2024, 12:41İlham Əliyev Danimarka səfirinin etimadnaməsini qəbul edib - FOTO14 / 10 / 2024, 12:38Sevinc Fətəliyeva: “Bu gün Azərbaycan Cənubi Qafqaz regionunun isə lider dövlətidir”14 / 10 / 2024, 12:12
Bütün xəbərlər