Bakıda “Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri” adlı beynəlxalq konfrans öz işinə başladı - FOTO
"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə və Türk Dövlətləri Təşkilatı (TDT) Baş Katibinin müavini Sədi Cəfərov Konfrans iştirakçılarını salamlayaraq konfransın işinə uğurlar arzulayıblar.
1news.az xəbər verir ki, Konfransın açılışında Azərbaycan Respublikası Mədəniyyət Nazirinin müavini Səadət Yusifova, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini Azadə Hüseynova, Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev, TÜRKSOY Baş Katibinin müavini Sayit Yusuf, Türk Mədəniyyəti və İrsi Fondunun Layihə rəhbəri Nuri Aksu, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Seymur Fətəliyev, ICCROM (Mədəni Mülkiyyətin Qorunmasının və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəz) təşkilatının direktoru Joseph King və Ümumdünya İrs Şəhərləri Təşkilatının baş katibi Mikhael De Thyse (video müraciət) çıxış ediblər.
"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatı ilə birlikdə keçirilən Konfrans 13 oktyabr 2023-cü il tarixinə kimi davam edəcək.
Konfransın təfərrüatları ilə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəsmi sosial hesablarından tanış ola bilərsiniz.