Lənkəranda qanunsuz işləyən şirniyyat istehsalı müəssisəsi aşkarlanıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları daxil olan vətəndaş şikayəti əsasında Lənkəran şəhəri, Kələntərlilər küçəsində fəaliyyət göstərən, Tağıyev Əyyar Təyyar oğluna məxsus şirniyyat istehsalı müəssisəsində plandankənar yoxlama keçirib.
AQTA-dan 1news.az-a verilən məlumata görə, baxış zamanı obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, temperatur rejiminin pozulduğu, mütəmadi olaraq müvafiq təmizlik işlərinin aparılmadığı, işçi heyətin dövri tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb.
Nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və rəhbəri barəsində inzibati protokol tərtib edilib.
225