Şahin Seyidzadə: “Abidələrin, mədəni irsin qorunması istiqamətində yeni metodlar tətbiq edilməlidir”
"Azərbaycanda abidələrin, mədəni irsin qorunması istiqamətində yeni metodlar tətbiq edilməlidir".
1news.az xəbər verir ki, bunu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə Bakıda keçirilən "Yaşanabilən və Dayanıqlı İrs Şəhərləri" mövzusunda beynəlxalq konfransda söyləyib.
"Bu istiqamətdə bütün qurumlarla əməkdaşlığa hazırıq. İçərişəhərdəki abidələr orijinallığı saxlanılaraq qorunur. Tarixi şəhər mühitinin qorunması 2007-ci ildən bu günə qədər qəbul edilən Baş Plana uyğun aparılır. Əsas hədəflərdən biri restavrasiya zamanı tərəfdaşlarla birgə gənc bərpaçıları bu işə cəlb etmək, biliklərini artırmaqdır. Həmçinin incəsənət sahəsini önə çəkərək gənclərin əl işlərini, bacarıqlarını inkişaf etdirmək də hədəflərimizdəndir. Bu istiqamətdə qardaş türk dövlətlərini əməkdaşlığa dəvət edirik", - deyə Ş.Seyidzadə diqqətə çatdırıb.