Bağça müəllimi olmaq istəyənlər üçün sənəd qəbulu sabah yekunlaşır | 1news.az | Xəbərlər
Cəmiyyət

Bağça müəllimi olmaq istəyənlər üçün sənəd qəbulu sabah yekunlaşır

Qafar Ağayev16:25 - 11 / 10 / 2023
Bağça müəllimi olmaq istəyənlər üçün sənəd qəbulu sabah yekunlaşır

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi oktyabrın 12-də başa çatacaq.

Bu barədə 1news.az-a Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.

Müsabiqədə iştirak etmək istəyən namizədlər oktyabrın 12-si saat 11:00-dək www.miq.edu.az-a daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini məktəbəqədər təhsil üzrə bitirmiş şəxslər iştirak edə bilərlər.

Paylaş:
293

Son xəbərlər

Bütün xəbərlər