Kiberdələduzların yeni tələsi: “Badamlı” şirkəti adından saxta səhifə yaradılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Kiberdələduzların yeni tələsi: “Badamlı” şirkəti adından saxta səhifə yaradılıb

Qafar Ağayev16:43 - 11 / 10 / 2023
Kiberdələduzların yeni tələsi: “Badamlı” şirkəti adından saxta səhifə yaradılıb

Kiberdələduzlar tərəfindən “Facebook” sosial şəbəkəsində “Badamlı” şirkəti adından saxta səhifə yaradılaraq kampaniya həyata keçirilir.

1news.az-a xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Vətəndaşlara hədiyyə qazanmaq vədi verilərək qeyd olunan şərtlərə əməl etmələri və saxta keçid vasitəsilə qeydiyyatdan keçmələri tələb olunur.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara rəsmi olmayan səhifələrə etimad etməməyi və hər hansı şirkətin həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda ilk növbədə, həmin şirkətlə əlaqə saxlamağı və yaxud şirkətin rəsmi veb saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi, həmçinin şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi tövsiyə edib.

Paylaş:
401

Son xəbərlər

Bütün xəbərlər