Xaricdəki tələbələrimiz: 3 uğur hekayəsi – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xaricdəki tələbələrimiz: 3 uğur hekayəsi – FOTO

11:00 - 16 / 10 / 2023
Xaricdəki tələbələrimiz: 3 uğur hekayəsi – FOTO

Xaricdə təhsil bir çox istedadlı azərbaycanlı məzunların arzusudur.

Qabaqcıl xarici təhsil müəssisələrinin təqdim etdiyi qeyri-məhdud imkanlar yüzlərlə azərbaycanlı gənci ildən-ilə ciddi hazırlaşmağa, zəruri sənədləri toplamağa və ABŞ, Avropa və Türkiyə universitetlərinə qəbul olmaq üçün imtahan verməyə sövq edir.

Bəs bu vacib məqamda necə uğur qazanmaq və hətta təhsil təqaüdü əldə etmək olar? Bu gün Dərs Evi Tədris Mərkəzinin xaricdə təhsil arzusunu reallaşdıra bilən uğurlu azərbaycanlı tələbələrin üç ilhamverici hekayəsindən bəhs edəcəyik.

Nisə Əliyeva, 19 yaş

Nisə ABŞ-ın bir neçə tanınmış universitetindən bir anda təklif aldı: Toronto Universiteti, Baylor Universiteti, Vaşinqton Universiteti... O, Tucsonda (ABŞ) yerləşən Arizona Universitetini seçdi, çünki bu univeritet NASA ilə əməkdaşlıq edir, Nisəni isə həmişə astrofizika ilə maraqlandırıb.

“Hətta məktəb illərində bilirdim ki, yüz faiz xaricdə ali təhsil almaq istəyirəm. Başlanğıcda mən Amerika universitetinə ümid etmirdim. Planlarım daha təvazökar idi: hansısa Avropa universitetinə daxil olmaq, Estoniyaya və ya Latviyaya oxumağa getmək. Ancaq anladım ki, daha çoxunu istəyirəm.

2018-ci ildə öyrəndim ki, Dərs Evi Tədris Mərkəzində xaricə qəbula hazırlıq şöbəsi var. Onlarla əlaqə saxladım, onlardan tövsiyə olunan universitetlərin siyahısını aldım və onların proqramından istifadə edərək inadla SAT imtahanına hazırlaşmağa başladım. 3 aydan sonra imtahandan keçdim və mümkün 1600 baldan 1500 bal aldım. Bu mənim üçün yeni imkanlar açdı.

Arizona Universiteti haqqında da Dərs Evi əməkdaşlarından öyrəndim. Onlar mənə fakültə və universitetlə bağlı qərar verməkdə, bütün zəruri sənədləri hazırlamaqda kömək etdilər.

Mən çox istəyirdim ki, qəbul olum, amma bir maneə qalmışdı – təhsil haqqı çox yüksək idi. Buna baxmayaraq, müraciət etdik və... Mən nəinki qəbul oldum, həm də bu universitetin xaricdən gələn tələbəyə verə biləcəyi maksimum təqaüdü aldım. Bu, mənim təhsil haqqımın yarıdan çoxunu ödəyir. Bu, inanılmaz bir sürpriz oldu! Bu düzgün hazırlığın nəticəsidir.

Dərs Evi bütövlükdə hər bir şagirdə fərdi yanaşması ilə seçilir. Dərs Evində şagirdə verilən ilk sual mənim çox xoşuma gəldi: “Həyatda nə ilə məşğul olmaq istəyirsən? Nələrə üstünlük verirsən? Nəyə nail olmaq istəyirsən?” Burada həmçinin təhsil istiqamətinizi, həm də gələcək peşənizi təyin etməyə imkan verən “Peşə seçimi” testi mövcuddur. Bütün müəllimlərimi sevirəm. Onların proqramı üzrə təhsil alaraq, sadəcə təhsilə aşiq olursunuz.

Hazırda ABŞ-da təhsilimin üçüncü ilinə başlayıram. Mən xoşbəxtəm və mənə kömək edən hər kəsə minnətdaram. Bütün tələbələrə məqsədlərinə doğru getməyi və qorxmamağı tövsiyə edirəm. İstək və çalışqanlıqla ilk vaxtlar sizə qeyri-mümkün görünən hər şeyə nail ola bilərsiniz”.

Aytac Xankişiyeva, 23 yaş

Aytac Xankişiyeva 2017-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin BBA proqramı üzrə “Business Administration” ixtisasına qəbul alıb. Bu proqram ABŞ-ın Georgia State University ilə əməkdaşlıq edir və ikili diplom proqramı təklif edir. Hal-hazırda Aytac Bostondakı Northeastern Universitetində Data Analytics proqramı üzrə təhsil alır.

«ADNSU-da təhsilimin ingilis dilində olması, bütün tədrisin Georgia State University-nin tədris proqramına əsaslanaraq keçirilməsi, bir-birindən savadlı və beynəlxalq təcrübəyə malik müəllimlərlə keçirilməsi mənim təhsil və karyera həyatımın başlanğıcında böyük təsiri oldu. Bakalavr dövründə bir çox təcrübə proqramlarında iştirak etdim, bu bir gəncin müstəqil formada korporativ bir mühitdə ilk addımlarını düzgün və rahat ata bilməsi üçün çox önəmlidir. “ASAN Könüllüləri” Təşkilatında, Regional İnkişaf İctimai Birliyində (RİİB) könüllü kimi fəaliyyət göstərdim. Həmçinin QSS Analytics şirkətində ilk data analitik təcrübəmi qazandım və data sahəsindəki biliklərimi təkmilləşdirdim.

Bunlarla yanaşı, davamlı olaraq bir çox seminarlarda, təlimlərdə, onlayn kurslarda iştirak edərək özümü inkişaf etdirməyə davam etmişəm. Çünki sürətlə inkişaf edən dünya ilə ayaqlaşa bilmək üçün baş verən yenilikləri izləmək və öz üzərində çalışmaq çox önəmlidir. Hələ bakalavrda oxuyarkən həm özümü, həm də bilik-bacarıqlarımı daha da təkmilləşdirmək üçün magistr təhsili almağı planlaşdırırdım. Araşdırmalarım nəticəsində belə bir qərara gəldim ki, bu sahənin mərkəzi Amerikadadır. Özümə ən uyğun proqramı Boston şəhərində yerləşən Northeastern Universitetində tapdım.

Xarici universitetə müraciət ilə bağlı təcrübəm olmadığı üçün sosial şəbəkələrdə bununla bağlı xidmət göstərən şirkətləri araşdırmağa başladım. Bir çox şirkətlərlə görüşüb detallı məlumat aldıqdan sonra Dərs Evinin universitetlərə müraciət prosesini ətraflı bildiyini görüb, onları seçməyə qərar verdim. Bu periodda Dərs Evi mənə universitetə müraciət, prosesin idarə edilməsində çox kömək oldu.

“Həyatda ən böyük şans, tələbə ikən yaxşı müəllimlərlə qarşılaşmaqdır” deyib bu günkü məni yetişdirən bütün müəllimlərimə təşəkkür edirəm. Məhz Northeastern University bu sahəni öyrədən top proqramlarından birinə sahibdir, həmçinin Co-Op programlarının olması mənə həm öyrənmək, həm də Amerikadakı şirkətlərin birində 6 aylıq təcrübə qazanmaq imkanı verirdi. Bir çox ölkələrdə, eləcə də Azərbaycanda tikinti və istehsal sahəsində tanınan “Bobcat Company”- də “Product Management Analytics” olaraq çalışıb təcrübə qazanmaq imkanı əldə etdim.

Azərbaycan data sahəsində inkişaf etməkdə olan ölkələrdən biridir. Hədəfim qısa müddətdə Amerikada əldə etdiyim təcrübə və bilikləri Azərbaycanda tətbiq edərək ölkəmizin hər bir sahədə inkişaf etməsinə dəstək olmaqdır. Uzun müddətli məqsədim isə ölkəmi dünya arenasında ən uğurlu şəkildə təmsil etmək və Azərbaycan gəncliyinin nə qədər istedadlı olduğunu göstərməkdir».

Razim Məmmədli, 19 yaş

Razim ABŞ-ın Cənubi Florida Universitetində təhsil alır. “Kompüter elmləri” (Computer Science) fakültəsinin ikinci kurs tələbəsidir.

Razim deyir: “Uşaqlıqdan əsas məqsədim, əsas amalım ən yaxşı xarici universitetlərdə oxumaq idi. - Mən əsas ölkə kimi Amerikanı seçdim. Və mən mütləq ABŞ-ın ən yaxşı universitetlərindən birində oxumaq istəyirdim.

Qəbula uğurla hazırlaşmaq üçün müəyyən araşdırmalar apardım. Dost və tanışlarımın tövsiyəsi ilə Dərs Evi Tədris Mərkəzində xarici universitetlərə qəbul üçün zəruri olan SAT və IELTS imtahanlarına hazırlaşmağa qərar verdim.

Nəticədə kifayət qədər yüksək bal toplaya bildim: SAT imtahanından 1600 üzərindn 1440, IELTS imtahanından isə 9 üzərindən 7. ABŞ, Polşa, Belçika, Türkiyə universitetlərinə sənədlər göndərdik və demək olar ki, bütün universitetlərə qəbul aldım. Amma daha çox Cənubi Florida Universitetinə getmək istəyirdim, çünki orada kompüter elmləri sahəsi çox inkişaf edib. Məncə, orada şans və imkanlar digər ölkələrlə müqayisədə daha yüksəkdir. Təəssüf ki, mənə imtina cavabı verən məhz bu universitet oldu.

Mən Polşaya, Polşada ikinci ən böyük ali təhsil müəssisəsi olan Varşava Texniki Universitetində təhsil almağa getdim.

Amma arzumdan əl çəkmək istəmirdim. Bu dəfə sənədlərin toplanmasında kömək üçün Dərs Evi əməkdaşlarına müraciət etdim. Biz zəruri materialları Cənubi Florida Universitetinə göndərdik və nəinki qəbul olundum, həm də əcnəbi tələbələr üçün mümkün ən yüksək təqaüdü – 48,000 dolları qazana bildim. Ona görə də digər tələbələrdən daha az ödəniş edirəm. Bu işdə də məhz Dərs Evi mənə çox kömək etdi, buna görə də bu Mərkəzin əməkdaşlarına xüsusi təşəkkür etmək istəyirəm.

Gələcək üçün çoxlu məqsədlərim var. Mən ABŞ-da karyera qurmağı və sonra ölkəmdə işləməyə davam etməyi düşünürəm. Xaricdə təhsil almaq istəyən abituriyentlərə çoxlu məsləhətlər verə bilərsiniz. Amma mənim əsas tövsiyəm SAT, IELTS, TOEFL, Duolingo və sair kimi imtahanlara çox önəm verməkdir, çünki bu imtahanlar çox vacibdir. Nəticə qəbul olunduğunuz universiteti müəyyənləşdirir. Prioritetlərinizi əvvəlcədən müəyyənləşdirin, bu ölkə, universitet və fakultə seçiminizi asanlaşdıracaq.

Gələcəkdə bu ölkəyə uyğunlaşma və karyera qurma prosesini asanlaşdırmaq üçün gedəcəyiniz ölkə və universiteti araşdırmalı və bu barədə ətraflı məlumata sahib olmalısınız. Hər kəsə qəbulda uğurlar arzulayıram!”

Əgər siz də xaricdə təhsil almaq arzusundasınızsa, sizi Dərs Evində gözləyirik! Əvvəldən sonadək bu yolu sizinlə birlikdə keçərək sizə tam dəstək verməyə hazırıq.

Xarici universitetlərə qəbul alan abituriyentlərimizin 100 faizi tələbə oldu. Tələbələrimizin aldıqları bütün təqaüdlərin ümumi məbləği artıq 1 milyon dolları keçir.

Bundan əlavə Dərs Evi General English, SAT, IELTS, TOEFL dərsləri təklif edir.

Dərs Evinə gəlin və xarici universitetdə tələbə olun!

Əlaqə saxlayın: *3377 / +99450 290 48 82

Paylaş:
665

Son xəbərlər

Bütün xəbərlər