Texnikanı münasib qiymətə necə almaq olar? | 1news.az | Xəbərlər
Cəmiyyət

Texnikanı münasib qiymətə necə almaq olar?

11:47 - 13 / 10 / 2023
Texnikanı münasib qiymətə necə almaq olar?

Dövrümüzdə həyat çox sürətlidir.

Həyatımızı istədiyimiz kimi qurmaq üçün vaxtımızın əksər hissəsini işdə keçiririk. Amma, bunun stress şəkilində yan effekti var. Stress zəmanəmizin ən böyük “xəstəliyidir”. Bəs onunla necə mübarizə aparmaq olar? Xəstəlik varsa, onun dərmanı da var. Əlbəttə ki, stress və depressiyanın ən güclü və effektiv “müalicəsi” şoppinqdir.

Heç kimə sirr deyil ki, şoppinqdən böyük ləzzət almaq mümkündür. Bunu psixoloqlar da məsləhət görürlər. Uğurlu alış-veriş edən zaman orqanizmdə “xoşbəxtlik hormonu” olan serotonin ifraz olunur və özünə inamı artırır. Arzuladığın əşyanı çox sərfəli qiymətə alarkən isə bu hormon dəfələrlə yükəslir.

Hansısa malın çox ucuz satış yerini biləndə, dostlarınızın və tanışlarnızın yanında öyünərək onların qibtə və hörmətinə nail oluruq. Həm də onlara məsləhətlər verərək “qabaq düşmələrinə” kömək etmək olur.

Mən dost və tanışlarıma istədikləri predmetin axtarışına, çox ucuz qiymətə tapılmasına və alınmasına yardım edirəm. Bunun üçün elə də çox şey lazım deyil. Yetər ki, bir az zamanın və planın olsun, həm də bazar araşdırması bacarığı.

Son zamanlar həyatımızı müxtəlif qadcetlər zəbt edib. Smartfonlar bu siyahının başında yer alır. O nəinki rabitə vasitəsidir, həm də status və uğurun göstəricisidir, vəziyyət elə olmasa da.

Həmçinin, biz, azərbaycanlıların qədim ənənələrindən biri də evdə rahatlıq və komfortlu yaşayış yaratmaqdır. Hər bir ev sahibinin və onun yaxınlarının həyatını asanlaşdıran, vaxta qənaət edəcək külli miqdarda müxtəlif texnikanı nümunə gətirmək olar. Nə isə almağı planlaşdırdıqda ən yaxşısını seçirik ki, uzun müddət xidmət etsin və gələcəkdə problemlər yaratmasın. Bunun üçün isə keyfiyyətli məişət texnikası almaq lazımdır. Məişət texnikasının seçilməsi mobil telefon axtarışından çox da fərqlənmir. Harada sərfəlidirsə, oradan da almaq lazımdır.

Alış-verişi planlama zamanı bazar araşdırması apararaq, qiymətləri öyrənib, qarşılaşdırmaq ən yaxşı yoldur. Bunun üçün vebsaytlar və mağazaları gəzərək ən yaxşı qiymət və kredit şərtlərini öyrənmək lazımdır ki, artıq pul itkilərinin qarşısı alınsın. Qənaət edilmiş pula isə əlavə nə isə almaq olar.

Mobil telefon, rəqəmsal və məişət texnika bazarını araşdırmaq qərarına gəldim ki, sizin işinizi asanlaşdırım. Harada daha sərfəli qiymətə və şərtlərlə alış-veriş etmək olar? Həm də satıcıların reklam manipulyasiyası olmadan.

Onlayn mağazalarda real mağazalardakı kimi faizsiz kredit şərtləri göstərilir. Bəs reallıqda necə olur?

İlk baxışda mağazalar faizsiz kreditlər təklif edir. Malın üzərində qiymətlə bərabər aylıq ödəniş və nağd alışa görə endirim də göstərilir. Əslində nağd alışa endirim, kreditin faizidir. Yəni, “faizsiz” kreditlə olan qiymətə artıq kredit faizləri daxildir.

Faizsiz kredit olmur axı! Hətta siçan tələsində olan pendiri almaq üçün pul xərcləmək lazımdır. Taksitlə alış zamanı banka kredit fazini mağaza ödəyir. Smartfonlarda marjanın çox az olmasını nəzərə alsaq, mağazanın öz cibindən bu pulları verməsi heç də inandırıcı deyil. Bu yolla alıcını manipulyasiya edirlər.

Böyük sayda mağazaları və vebsaytlar gəzərək qiymət və satış şərtlərini araşdırdım. Ən sərfəli qiymət və kredit şərtləri Umico platformasındakı Maxi.az virtual mağazasında aşkar etdim.

Umico çox uğurlu layihədir. Şəxsən mən uzun illərdir bu mağazadan istifadə edirəm. Hər şeyi onlayn almaq mümkün olan ABŞ-dan Vətənə geri qayıdandan sonra yerli internet mağazalarda alışla bağlı problemlərlə uzləşdim. Bu hal heç də sevindirici deyildi. Lakin, Umico-dan istifadə edərkən digərlərindən fərqli olan yüksək xidmət, müştəri ilə qarşılıqlı əlaqə, yaranan suallara operativ cavab, çatdırılma və ödəniş şərtlərinin olmasına şahid oldum.

Bu dəfə də axtarış zamanı Umico-dakı Maxi.az mağazasında ÖHA (Öyrən, Hesabla, Al) formatı ilə qarşılaşdım. Hər şeyi dərindən öyrənmə marağım olduğu üçün araşdırmağa başladım ki, ÖHA doğrudanmı deyildiyi kimi sərfəlidir?

ÖHA nədir?

ÖHA-nın açıqlaması “Öyrən, Hesabla, Al”-dır. Satıcı bazarda ən sərfəli qiymətlərə və alıcı üçün şəffaf kredit hesablanmasına zəmanət verir. Rəqiblərlə qiymətləri və təklifləri müqayisə edərək fayda və qənaəti rahatlıqla hesablamaq mümkündür. Heç bir qiymət manipulyasiyası yoxdur, hər şey şəffafdır. Qiymət göz önündə, kredit şərtləri açıq-aydın göstərilib, alıcı sonunda ödəyəcəyi ümumi məbləğin nə qədər olacağı və kreditin faizlərinin həcmini görüb, qərar qəbul edə bilər. Ticarətdə şəfaflıq vacib amildir, çünki etibar yaradır.

Bu təklifin digər cəlbedici tərəfi odur ki, mağaza təklifi populyar modellərlə məhdudlaşdıraraq xərcləri azaldıb. Onlayn mağaza fərqli olaraq böyük həcmdə xərclərə (icarə, dizayn, təmir, mağazanın saxlama xərcləri, personal, anbarda geniş çeşid və miqdarda mal, kommunal xərclər və s.) qənaət edir. Hər bir biznesdə olduğu kimi bütün bu xərclər malın maya dəyərini yüksəldir. Maya dəyəri təyin olunduqdan sonra isə onun üzərinə gəlir (marja) əlavə edilir. Nəticədə bunların hamısı pərakəndə qiymətin artmasına səbəb olur.

Mağazaların adlarını sadalamayacağam, çünki hər yerdə təkliflər demək olar ki, bənzərdir.

Aşağıda böyük şəbəkələrlə Maxi.az qiymətlərini müqayisə edəcəyəm (müqayisəni asanlaşdırmaq üçün qəpikləri manata çevirmişəm).

İlk olaraq bazarda populyar olan iPhone 14 128GB modelini aşağıdakı cədvəldə müqayisə edirəm:

Mağazalar

Maxi.az

Qənaət

Pərakəndə qiymət

1,999

1,872

127

Kreditlə qiymət

2,149

1,872

277

Aylıq ödəniş

152

126

26

18 aya ümumi dəyəri

2,872

2,265

607

Bütün mağazalarda nağd ödənişin qiyməti 1.999 manat, kreditlə isə 2.149 - 2.279 AZN arasında göstərilir. Bəzilərində kredit üzrə faizlər (təxminən 20%) 1.999 manata əlavə olunur.

Orta hesabla, 18 aya 152 manat aylıq ödənişlə iPhone 14 nəticədə 2.872 manata başa gəlir.

Maxi.az iPhone 14 128GB-ı nağd ödənişlə 1.872 manata təklif edir. Nağd alışda qənaət 127 manatdır.

18 aylıq kredit üzrə 126 aylıq ödənişlə ümumi dəyəri 2.265 manat təşkil edəcək.

Qənaət – 607 manat!

Hesablamalardan göründüyü kimi, fayda o qədər böyükdür ki, bu qənaət sayəsində başqa bir smartfon, aksesuar və ya hətta məişət texnikası ala bilərsiniz.

Yeri gəlmişkən, bəs məişət texnikasında vəziyyət necədir? Onlara da nəzər salaq.

Nümunə üçün "Samsung 85" Crystal UHD 4K " Televizorunu nəzərdən keçirək.

Mağazalar

Maxi.az

Qənaət

Pərakəndə qiymət

3,999

3,750

249

Aylıq ödəniş

316

252

64

18 aya ümumi dəyər

5972

4,536

1,436

Digər şəbəkərdə pərakəndə satış qiyməti endirimlə 3.999 manat təşkil edir. 18 aylıq hissə–hissə ödənişlə 5,972 manata başa gəlir.

Maxi.az eyni TV paneli nağd ödənişlə 3.750 təklif edir. Fərq (qənaət) – 249.

18 aylıq kreditlə isə 4.536 manata başa gəir.

18 aylıq kreditlə 1,436 manat qənaət əldə olunur. İkinci TV-nin qiyməti qədər qənaət necədir sizə?!

İndi isə "Samsung VV90T4541AELP” paltaryuyan maşınını müqayisə edək.

Mağazalar

Maxi.az

Qənaət

Pərakəndə qiymət

1,149

962

187

Aylıq ödəniş

74

65

9

18 aya ümumi dəyəri

1399

1164

235

Mağazalarda nağd satış qiyməti - 1.149 manat. 18 aylıq kreditlə – 1,399 manat.

Maxi.az:

Nağd ödənişə - 962, qənaət – 187.

18 aylıq kreditlə – 1.164

Ümumilikdə, 18 aylıq kreditlə ödənişi müqayisə edəndə 235 manat qənaət alınır.

Hesablamalardan və yuxarıda göstərilən nümunələrdən göründüyü kimi, UMİCO platformasındakı Maxi.az ÖHA formatında texnika əldə etmək çox sərfəlidir.

Pandemiya biznesə çox şey öyrətdi. Bu faydalardan biri – internet üzərindən satışlar hesabına maya dəyəri azaldaraq malı daha aşağı qiymətə təklif etməkdir. Maxi.az tərəfindən tətbiq olunan format bunun bariz nümunəsidir.

Araşdırmalarımı sizinlə bölüşürəm, Siz isə bu məlumatlarla necə davranacağınızı çox yaxşı bilirsiniz. Sərfəli alış-verişlər!

Ramin Musayev

Reklam hüququnda

Paylaş:
715

Son xəbərlər

Bütün xəbərlər