I Türk Dünyası Mədəniyyət Forumu çərçivəsində Şuşa Bəyannaməsi qəbul olunub | 1news.az | Xəbərlər
Mədəniyyət

I Türk Dünyası Mədəniyyət Forumu çərçivəsində Şuşa Bəyannaməsi qəbul olunub

14:59 - 14 / 10 / 2023
I Türk Dünyası Mədəniyyət Forumu çərçivəsində Şuşa Bəyannaməsi qəbul olunub

I Türk Dünyası Mədəniyyət Forumu çərçivəsində Şuşa Bəyannaməsi qəbul olunub.

Bu barədə 1news.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşa şəhərində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən I Türk Dünyası Mədəniyyət Forumunun iştirakçıları tərəfindən Şuşa Bəyannaməsi qəbul edilib.

Bəyannamədə qeyd olunur:

1. Türk dünyasının ilk mədəniyyət forumuna dəstəyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bütün iştirakçılar adından təşəkkür edirik.
2. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, eləcə də Türk Dünyasının 2023-cü il üzrə mədəniyyət paytaxtı Şuşaya Böyük Qayıdışı və bu yolda sürətlə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini və mədəni mühitin canlandırılmasını alqışlayırıq.
3. 30 illik işğal dövründə, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində Türk dünyası mədəni irsinin ayrılmaz tərkib hissəsi tarixi və mədəni abidələrin geniş miqyaslı dağıdılması, həmçinin mədəni mülkiyyətin qaçaqmalılığı və qanunsuz dövriyyəsi kimi ağır beynəlxalq humanitar hüquq pozuntularını qəti şəkildə pisləyir və bütün aidiyyəti beynəlxalq təşkilatlar tərəfindən bu məsələdə sərt mövqe tutulmasını tələb edirik.
4. Şuşada baş tutan diskussiyalar və geniş fikir mübadilələri çərçivəsində türk mədəniyyətinin dünəni, bu günü və sabahı nəzərə alaraq mövcud çağırışların birgə əməkdaşlıqda həlli üçün yeni mexanizmlərin yaranmasını dəstəkləyirik.
5. Türk dilləri və ədəbiyyatı vasitəsilə ortaq mədəni mövqeyimizin gücləndirilməsini zəruri hesab edir və bu irsin rəqəmsal mühitə transformasiyasını sürətləndirməyə çağırırıq.
6. I Türk Dünyası Mədəniyyət Forumu çərçivəsində əldə edilmiş müsbət nəticəni nəzərə alaraq türk tarixi-mədəni irsinin araşdırılması, bərpası, mühafizəsi və təbliği sahəsində birgə fəaliyyət və ən yaxşı təcrübənin bölüşülməsinə xidmət edəcək Türk dünyasının İrs üzrə rəhbərlərinin şəbəkəsinin yaradılmasını alqışlayır və mütəmadi əsaslı platforma fəaliyyətinə başlamasını tövsiyə edirik.
7. Türk dünyasında mədəni marşrutlar proqramının təsis edilməsini və ilk mədəni marşrutun yaradılması təşəbbüsünü perspektivli ortaq layihə kimi yüksək qiymətləndirir və bütün maraqlı tərəfləri bu təşəbbüsün irəlilədilməsində fəal iştiraka çağırırıq.
8. Mədəniyyətin rəqəmsallaşması, habelə XXI əsrdə türk mədəniyyəti qarşısında duran çağırışlara cavab verən ortaq həlləri təşviq edirik və mədəniyyət sahəsindəki yaradıcı sənayelərin ortaq bazarların yaradılması üzrə müzakirələrin intensivləşməsini təklif edirik.
9. Azərbaycan Respublikasının təşəbbüsü ilə yaradılmış Türk Dünyası Mədəniyyət Forumu bütün əsas maraqlı tərəflərin təmsilçilərini bir araya gətirən mühüm universal platforma kimi uğurlu olduğunu qeyd edirik və Forumun iki ildən bir keçirilməsinə təklif edirik.

Sonda tədbir iştirakçıları birlikdə xatirə şəkilləri çəkdiriblər.

Paylaş:
543

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər