DİN Göyçayda ölümlə nəticələnən qəza ilə bağlı məlumat yayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN Göyçayda ölümlə nəticələnən qəza ilə bağlı məlumat yayıb

14:00 - 16 / 10 / 2023
DİN Göyçayda ölümlə nəticələnən qəza ilə bağlı məlumat yayıb

Göyçayda ağır yol qəzası olub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən xəbərə görə, oktyabrın 16-sı saat 08 radələrində Göyçay rayonunun Yeniarx kəndi ərazisində 1953-cü il təvəllüdlü Ucar rayon sakini Mürsəl Abdullayevin idarə etdiyi “VAZ-21015” və İlfan Dovudovun idarə etdiyi “Mercedes” markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində xəsarət alan “VAZ”-ın sürücüsü, eləcə də digər iki sərnişini – 1992-ci il təvəllüdlü Zamiq Həmidov və 2004-cü il təvəllüdlü Elvin Əhmədov xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq Mürsəl Abdullayev xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
353

Son xəbərlər

Bütün xəbərlər