Diplomatik korpus nümayəndələri Füzulidədir | 1news.az | Xəbərlər
Cəmiyyət

Diplomatik korpus nümayəndələri Füzulidədir

11:59 - 17 / 10 / 2023
Diplomatik korpus nümayəndələri Füzulidədir

Azərbaycanda akkreditə olunan diplomatik korpus nümayəndələrinin “Füzuli Şəhər Günü” münasibətilə Füzuli şəhərinə səfəri təşkil edilib.

1news.az xəbər verir ki, səfərdə 70-ə yaxın diplomat, habelə 30-a yaxın səfir iştirak edir.

Diplomatik korpus nümayəndələri şəhər günü ilə əlaqədar təşkil olunan tədbirlərdə iştirak edəcəklər. Eyni zamanda, işğaldan azad edildikdən sonra Füzuli şəhərində aparılan tikinti, quruculuq işləri ilə yerində tanış olacaqlar.

Qonaqların şəhər günü ilə əlaqədar konsert proqramında iştirakı da planlaşdırılıb.

Paylaş:
424

Son xəbərlər

Bütün xəbərlər