Hərbi qulluqçularımız “Erciyes - 2023” təlimində iştirak edirlər | 1news.az | Xəbərlər
Cəmiyyət

Hərbi qulluqçularımız “Erciyes - 2023” təlimində iştirak edirlər

Qafar Ağayev17:30 - 19 / 10 / 2023
Hərbi qulluqçularımız “Erciyes - 2023” təlimində iştirak edirlər

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyə Respublikasının Kayseri şəhərində keçirilən “Erciyes - 2023” təlimində iştirak edirlər.

1news.az xəbər verir ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarının cəlb olunduğu təlimdə qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilir.
“Erciyes - 2023” təlimində əsas diqqət qarşılıqlı əlaqədə fəaliyyətlər zamanı döyüş uzlaşmasının təmin edilməsi, təcrübə mübadiləsi və peşəkarlığın artırılması, eləcə də hərbi qulluqçuların bilik və bacarıqlarının daha da təkmilləşdirilməsinə yönəldilib.

Paylaş:
257

Son xəbərlər

Bütün xəbərlər