Sürücülərin NƏZƏRİNƏ: Cavanşir körpüsündə hərəkət məhdudlaşdırılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sürücülərin NƏZƏRİNƏ: Cavanşir körpüsündə hərəkət məhdudlaşdırılacaq

Qafar Ağayev12:27 - 19 / 10 / 2023
Sürücülərin NƏZƏRİNƏ: Cavanşir körpüsündə hərəkət məhdudlaşdırılacaq

Bakı şəhəri, Xətai rayonu, Cavanşir yolötürücüsündə aparılacaq texniki yoxlamalarla əlaqədar olaraq 19, 20 və 21 oktyabr 2023-cü il tarixlərində saat 23:00-dan saat 23:15-ə qədər (15 dəq.) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaqdır.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan qısa müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan və sözügedən körpünün aşağısından keçən yoldan istifadə etmələri xahiş olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik.

Paylaş:
211

Son xəbərlər

Bütün xəbərlər