Zəngilan Şəhəri Günündə hərbçilərin iştirakı ilə yürüş keçirilib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Zəngilan Şəhəri Günündə hərbçilərin iştirakı ilə yürüş keçirilib - VİDEO

13:54 - 20 / 10 / 2023
Zəngilan Şəhəri Günündə hərbçilərin iştirakı ilə yürüş keçirilib - VİDEO

20 Oktyabr – Zəngilan Şəhəri Günündə hərbçilərin iştirakı ilə yürüş təşkil olunub.

1news.az xəbər verir ki, əvvəlcə Zəngilan Şəhidlər xiyabanı ziyarət edilərək Vətənimizin azadlığı uğrunda canından keçən əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Zəngilan Şəhəri Günü münasibətilə Zəngilan Konqres Mərkəzinin qarşısında yürüş keçirilib. Yürüşdə Daxili işlər Nazirliyinin, o cümlədən Daxili Qoşunların əməkdaşları, eləcə də Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti iştirak edib.

Düz 3 il bundan öncə Zəngilan şəhəri 44 günlük Vətən müharibəsində düşmən tapdağından azad edilib.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, 20 Oktyabr – Zəngilan şəhəri günü kimi qeyd olunur.

Paylaş:
237

Son xəbərlər

Bütün xəbərlər