Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reyslər təyin edilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reyslər təyin edilir

Qafar Ağayev14:01 - 23 / 10 / 2023
Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reyslər təyin edilir

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bayram günlərində artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reyslər təyin edir.

ADY-dən 1news.az-a verilən məlumata görə, noyabrın 8, 9, 10, 11, 12-də Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar hər gün 07:30-da Bakıdan Qəbələyə, 19:00-da Qəbələdən Bakıya yola düşəcək.

Qeyd edilib ki, noyabrın 4-ü iş günü sayıldığından həmin günə olan reys ləğv edilir. Əvəzində noyabrın 5-də Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar təyin olunur.

Paylaş:
260

Son xəbərlər

Bütün xəbərlər