Qəbələdə evi yararsız hala düşən ailə üçün çadır qurulub - VİDEO
Fövqəladə Hallar Nazirliyinə Qəbələ rayonu, Bum qəsəbə sakini Rəhimov Elçin Umar oğluna məxsus evin yararsız vəziyyətə düşməsi ilə əlaqədar 6 nəfərdən ibarət ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.
1news.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyiilir. Xəbərə görə, bununla əlaqədar FHN-in Şimal-qərb Regional Mərkəzinin əməkdaşları tərəfindən Bum qəsəbə sakini E.Rəhimov üçün müvəqqəti yaşayış məqsədilə çadır ev qurularaq vətəndaşa təhvil verilib.
371