Bakıda ilk dəfə keçiriləcək “CIDC-2023” kibermüharibə yarışının finalında 20 komanda yarışacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda ilk dəfə keçiriləcək “CIDC-2023” kibermüharibə yarışının finalında 20 komanda yarışacaq

12:41 - 24 / 10 / 2023
Bakıda ilk dəfə keçiriləcək “CIDC-2023” kibermüharibə yarışının finalında 20 komanda yarışacaq

Oktyabrın 26-27-də Bakı Konqres Mərkəzində ölkəmizdə ilk dəfə keçiriləcək “Critical Infrastructure Defence Challenge 2023” (CIDC-2023) kibermüharibə yarışının final mərhələsində 20 komanda yarışacaq.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “Critical Infrastructure Defence Challenge 2023” (CIDC-2023) tədbirinə həsr olunmuş mətbuat konfransında Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin mətbuat katibi Səidə Əhmədova bildirib.

28 tərəfdaşı olan “CIDC-2023” kibermüharibə tədbiri çərçivəsində ödənişsiz ixtisasartırma təlimləri də təşkil olunacaq. Tədbirdə iştirak etmək üçün indiyədək 500-dən çox iştirakçı qeydiyyatdan keçib.

Paylaş:
386

Son xəbərlər

Bütün xəbərlər