Şəkidə qətl törədilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəkidə qətl törədilib

16:54 - 26 / 10 / 2023
Şəkidə qətl törədilib

Oktyabrın 26-da saat 16 radələrində 1982-ci il təvəllüdlü Həşimov Asif Arif oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə Şəki Şəhər-Rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan 1news.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən Şəki rayon sakini, 1988-ci il təvəllüdlü İsayev Cavid Beybud oğlu könüllü olaraq polisə gələrək təslim olub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
519

Son xəbərlər

Bütün xəbərlər