FHN əməliyyat görüntüləri yayıb- VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN əməliyyat görüntüləri yayıb- VİDEO

11:25 - 26 / 10 / 2023
FHN əməliyyat görüntüləri yayıb- VİDEO

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən 1news.az-a verilən xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 26 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 7 nəfər xilas edilib. Həmçinin, Bakı şəhərinin Qaradağ rayonunda yük avtomobilinin təmiri zamanı ölən 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
646

Son xəbərlər

Bütün xəbərlər