Gəncədə yataqxanada yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə yataqxanada yanğın olub

Qafar Ağayev08:43 - 27 / 10 / 2023
Gəncədə yataqxanada yanğın olub

Gəncə şəhərində beşmərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində ümumi sahəsi 20 m² olan 1 otaqlı mənzilin yanar konstruksiyaları yanıb.

1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, qonşu mənzillər yanğından mühafizə olunub.

"Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə nazirlikdən bildirilib.

Paylaş:
401

Son xəbərlər

Bütün xəbərlər