Bu gündən direktorların işə qəbulu üzrə müsahibələrə başlanılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gündən direktorların işə qəbulu üzrə müsahibələrə başlanılır

Qafar Ağayev08:55 - 27 / 10 / 2023
Bu gündən direktorların işə qəbulu üzrə müsahibələrə başlanılır

Oktyabrın 27-dən şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır.

Elm və Təhsil Nazirliyindən 1news.az-a bildirilib ki, oktyabrın 27-28-də müsahibə mərhələsində iştirak edəcək namizədlərin şəxsi səhifələrinə bu barədə məlumat göndərilib.

Digər namizədlərə müsahibə mərhələsinin qrafiki barədə mərhələli şəkildə məlumat veriləcək.

Qeyd edək ki, müsahibə mərhələsi əyani formatda Bakı şəhəri 202 nömrəli tam orta məktəbdə keçiriləcək. Hər günün sonunda müsahibə nəticələri namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Paylaş:
187

Son xəbərlər

Bütün xəbərlər